Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Hazırda […]
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın […]
Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib
Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. Bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin “X” sosial şəbəkəsində bildirib. “Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqlarına qarşı mükəmməl işlədiyini sübut etdik. İndi onlar Portuqaliyaya Avropanı dənizdən qorumağa kömək edəcək”, – o yazıb.
Türkiyə ərazisinə daha bir PUA düşüb
Türkiyənin Balıkəsir vialyətinin Manyas qəsəbəsinə bağlı Salur məhəlləsində bir pilotsuz uçuş aparatı (PUA) boş bir əraziyə düşüb. Bölgədə işləyən fermerlər tərəfindən tapılan PUA təhlükəsizlik qüvvələrinə təhvil verilib. Məlumata görə, PUA-nın düşdüyünü görən vətəndaşlar vəziyyəti əlaqədar qurumlara bildiriblər. Hadisə yerinə gələn əməkdaşlar ətrafda təhlükəsizlik tədbirləri görərək PUA üzərində araşdırma aparıb. Hələlik […]
Rusiyanın Xalq artisti Anatoli Lobotski vəfat edib
Rusiyanın Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib. Bu barədə TASS-a onun ailəsi məlumat verib. Ailəsindən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. O, “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.
Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. […]
Ceyhun Bayramov Monteneqro XİN rəhbərini Ermənistanla sülh gündəliyi barədə məlumatlandırıb
“Bu gün müzakirələrimiz konteksində bölgədə olan son inkişaflar, Ermənistan-Azərbaycan postmünaqişə dövründə sülh gündəliyi barədə məlumat verdim”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, o cümlədən Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar, ondan […]
Azərbaycan və Monteneqro Hökumətlərarası Komissiyanın növbəti görüş barədə danışıqlar keçirəcək
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq hər zaman müzakirə predmetidir”. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib. Nazir bildirib ki, bu baxımdan Hökumətlərarası Komissiyasının işini çox vacib hesab edir: “Hökumətlərarası Komissiyanın növbəti görüş barədə detallı danışıqlar […]
Ukrayna dronları Xəzər dənizində Rusiyanın hərbi gəmisinə və “Lukoil”in neft-qaz platformasına zərbə endirib
Ukrayna Müdafiə Qüvvələri Xəzər dənizində Rusiyanın “Oxotnik” hərbi gəmisinə zərbə endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “19 dekabr gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya hərbi dəniz qüvvələrinin “Oxotnik” gəmisini uğurla vurub. Gəmi Xəzər dənizində neft və qaz hasilatı platformasının yaxınlığında patrul xidməti həyata keçirirdi”, – məlumatda bildirilib. […]
Azərbaycan və Monteneqro XİN başçıları görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç arasında təkbətək görüş başlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X-də paylaşım edib.