Sabah Bakıda yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti […]

Ədliyyə naziri: Hüquq ixtisasının inkişafı ilə bağlı işçi qrup yaradılıb

Ədliyyə və Elm və Təhsil Nazirlikləri hüquq ixtisasının inkişafı ilə bağlı işçi qrup yaradıb. Bunu ədliyyə naziri Fərid Əhmədov “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məqsəd hüquq ixtisasının inkişafı üzrə danışıqların aparılmasıdır: “Hüquq təhsilinin inkişafı üçün tədbirlər davam etdirilməli, mərhələləri şəkildə ciddi addımlar atılmalıdır. Uzun illərdir […]

Nazir: Mədəniyyət sahəsində normativ hüquqi baza təkmilləşdirilməlidir

Mədəniyyət sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi zərurəti var. Bunu mədəniyyət naziri Adil Kərimli Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda deyib. Onun sözlərinə görə, ixtisaslı hüquqşünaslara ehtiyac var: “Hüquqi baza adi yanaşmalarla həyata keçirilə bilmir. Müəyyən çətinliklər var. Bu səbəbdən ixtisaslı hüquqşünasların olması bunun üçün önəmlidir”.

Kiyevə PUA hücumu olub, iki nəfər yaralanıb

Kiyevə gecə hücumları nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasının pəncərələri zədələnib, nəticədə iki qadın yaralanıb: onlardan biri xəstəxanaya yerləşdirilib, digərinə isə yerində yardım göstərilib. Bundan başqa, PUA qalıqları mülki obyektlərin, […]

Küləkli hava şəraiti ilə bağlı 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb

Küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yıxılma səbəbilə 5 çağırış qeydə alınıb. Bu barədə  Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Bildirilib ki, çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 47 yaşlı şəxs (qadın) Sabunçu Tibb […]

Azərbaycanda Qoşulmama Hərəkatının Gənclər Həftəsinə start verilib

Bakıda “Qoşulmama Hərəkatının Gənclər Həftəsi” başlayıb. İki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb. Tədbiri giriş sözü ilə COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova açıb. “Gənclər Həftəsi”ndə gənclərin nümayəndələri ilə yanaşı, dövlət strukturlarının […]

Xocəsəndə qanunsuz tikili sökülüb

Bakının Binəqədi rayonu, Xocəsən qəsəbəsində qanunsuz tikili sökülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, qəsəbə ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar olunub, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon […]

Azərbaycan Kuboku: “Qarabağ” bu gün “Şamaxı” ilə, “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. İlk olaraq “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək. Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda “Sabah” – “Qəbələ” duelinin (ilk oyun – 0:0) güclüsü ilə görüşəcək. Saat 19:00-da isə “Turan Tovuz” “Kəpəz”lə qarşılaşacaq. Oyun […]

Prezident: Bu gün BƏƏ bir çox ölkələr üçün nümunədir

Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bir çox ölkələr üçün nümunədir ki, ölkə necə dəyişməlidir. “Report”un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimində çıxışı zamanı deyib. Prezident qeyd edib ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” BƏƏ-nin banisinin – mərhum Şeyx […]

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir – YENİLƏNİB

Hazırda ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Şabran, Şəki, Şamaxı, Qobustan, Gədəbəy, Xızı, Lerik, Altıağac, Xaltan, Şahdağ, Quba, Qusar, Qaxa (Sarıbaş) qar, İmişli, Göyçay, Oğuz, Qəbələ, İsmayıllı, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran, […]