Ədliyyə orqanları işçiləri təltif edilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı noyabrın 21-də sərəncam imzalayıb. Sərəncamla ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər mükafatlandırılıblar: “Tərəqqi” medalı ilə Əliyev Lətif Paşa oğlu Məmmədov Elnur Rövşən oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Ağayev Davud Maşalla oğlu Əliyev Emin Rza […]
Noyabrın qalan günlərində hava necə olacaq? – HAVA XƏBƏRDARLIĞI
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə normadan aşağı enəcəyi gözlənilir. Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-11 dərəcə isti olacağı gözlənilir ki, […]
Prezident İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib (FOTO)
Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albaniya” abidəsini ziyarət edib. Dogrusoztv.az xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu. Məlumat verildi ki, Milli Qəhrəmanlar Xiyabanında yerləşən on iki metrlik “Mother Albaniya” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri […]
Prezident İlham Əliyev: Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur
Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Dogrusoztv.az -in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki […]
Prezident İlham Əliyev: Azərbaycan-Albaniya əməkdaşlığı üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var (TAM BƏYANAT)
Noyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin bəyanatı – Hörmətli cənab Prezident. Hörmətli xanımlar və cənablar. İlk növbədə, cənab Prezident, dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən gözəl ölkənizə […]
İlin ikinci Ay tutulması başa çatıb
Bu gün ilin ikinci Ay tutulması hadisəsi baş verib. Bu barədə Trend-ə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, saat 12:02-dən etibarən yarımkölgəli Ay tutulması başlayıb. Saat 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayıb. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən […]
Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir
Zəfər günü Azərbaycan xalqı üçün ən əziz günlərdən biridir. 44 günlük Vətən müharibəsi qələbə ilə nəticələnməklə gücümüzü bütün dünyaya göstərdi. 30 ilə yaxın müddət ərzində heç bir haqqlı tələbimizə və beynəlxalq hüquqa məhəl qoymadan torpaqlarımızı işğal altında saxlayan Ermənistan dövləti və onun siyasi rəhbərliyi məğlubiyyətə duçar oldu. Nəhayət ki, Azərbaycan […]
Fransa mətbuatı: Azərbaycan tərəfi Ermənistanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırıb
Fransanın “La Gazette”xəbər portalında noyabrın 7-si ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanı sülh prosesini pozacaq hərəkətlərdən çəkinməyə çağırdığı barədə məqalə dərc olunub. Dogrusoztv.az-in məlumatına görə, məqalədə bilidirilib ki, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda “Blair […]
Prezident İlham Əliyev: Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil
Erməni silahlı qüvvələri Qarabağda nə gəzir? Bizim səbrimiz tükənməz deyil və bir daha xəbərdarlıq etmək istəyirəm, əgər bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımlar atacaq. Dogrusoztv.az-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Bütün […]
Prezident İlham Əliyev erməni xalqına müraciət edib: Xarici dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər
Erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin […]