Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan […]
Əliyevin xəbərdarlıqları: Yeni ssenarilərə hazırlıq – TƏHLİL
Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirləri iki istiqamət üzrə təsnifatlandırmaq olar. Birincisi, Rusiya sülhməramlı qoşunlarının müvəqqəti qaydada yerləşdirildiyi Qarabağda açıq qalan məsələlərin həlli Azərbaycanın daxili işidir. İkincisi, Əliyev İrəvandakı ağır atletika üzrə Avropa çempionatında Azərbaycan Bayrağının yandırılması fonunda belə bir ifadə işlətdi: “Bir gün […]
Azərbaycan banklarının kredit qoyuluşu 7 ildən sonra ilk dəfə 20 milyard manatı keçib
Bu il aprelin 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, bu, martın 1-i ilə müqayisədə 1,4%, ilin əvvəlinə nisbətən 2,3%, illik müqayisədə isə 14,3% çoxdur.Xatırladaq ki, sonuncu dəfə bankların kredit qoyuluşu 1 fevral 2016-cı ildə 20 milyard […]
Sərvər Bəşirli Türkiyə prezidentinin sarayında iftara dəvət alıb – FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan ölkələrimizin qardaşlıq münasibətlərinin simvoluna çevrilmiş Sərvər Bəşirlini iftara dəvət edib. Mərasim Türkiyədə, prezident sarayında baş tutub. Mərasimdən fotoları Əminə Ərdoğan paylaşıb. İftara Sərvər Bəşirlinin yaxın qohumları da dəvət alıblar. İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib. Xatırladaq ki, Türkiyədə 6 fevral tarixində […]
Azərbaycan Prezidenti İlham Əliyev İsrailin xarici işlər nazirini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edib. Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin […]
İrəvandakı hərbçilərimiz ailələrinə məktub göndərib
“Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına İrəvanda baş çəkiblər”. Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. İ.Hüseynovanın sözlərinə görə, onlarla təkbətək görüş keçirilib: “Ailələri ilə Qızıl Xaç məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib”. “Mandatına uyğun olaraq, […]
Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar bu tarixdə ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində ödənilməsi nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, həmin ödənişlərin aprelin 20-də həyata keçirilməsi planlaşdırılır. Bu məqsədlə DSMF müvafiq […]
Respublika Narkoloji dispanserində xəstə bıçaqlandı
Dünən saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserdə bıçaqlanma hadisəsi baş verib. Dispanserin mətbəx otağında nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü S.Ə. digər pasiyent 1979-cu il təvəllüdlü Ə. M.-ə arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın nahiyəsindən daxilə nüfuz edən 1 […]
Ərdoğan: “Putin “Akkuyu” ilə bağlı mərasimə qatılacaq”
“Aprelin 27-də “Akkuyu”da təzə yanacağın əldə olunması ilə bağlı mərasim keçiriləcək. Sahəyə təzə yanacağın tətbiqi ilə “Akkuyu” elektrik stansiyasına çevriləcək. Vladimir Putin də mərasimdə videokonfrans vasitəsilə iştirak edəcək”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı proqramlardan birində gündəmlə bağlı açıqlama verərkən bildirib. Türkiyə lideri qeyd edib: “Sakarya qaz yatağı […]
Hacı Əliyev Azərbaycanın güləş tarixinə düşdü
Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın güləş tarixinə düşüb. Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yeganə dördqat Avropa çempionu olan Azərbaycan güləşçisidir. Hacı Əliyevin uğurunu yalnız yunan-Roma güləşçimiz Rafiq Hüseynov təkrarlaya bilər. Belə ki, üçqat Avropa çempionumuz Xorvatiyada keçirilən Avropa çempionatının […]