Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə […]
Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər.
Yol polisi sürücülərə müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevretmə qaydalarının pozulması halları ilə bağlı müraciət edib. İdarədən verilən xəbərə görə, müraciətdə deyilir ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir. Qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə […]
Putin İlham Əliyevi təbrik etdi
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir. Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı […]
Gürcüstanda bu il ərzində ikinci məscid yanıb
Gürcüstanın Acarıstan Muxtar Respublikasının Keda rayonunun Tsxmorisi kəndində tarixi məscid tamamilə yanıb. APA-nın yerli bürosu xəbər verir ki, hadisə dekabrın 22-də axşam saatlarında baş verib. Qərbi Gürcüstan müftisi Adam Şantadze ötən gün kəndə baş çəkib və sakinlərə məscidin yaxın zamanlarda bərpa olunacağını söz verib. Tsxmorisi kənd məscidi 2006-cı ildən Acarıstanın […]
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dollar və ya 0,65 % artaraq 66,14 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 63,07 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü ilə bağlı paylaşım edib.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Ləyaqət, saf niyyət və xeyirxah ürək – Uca Tanrının sözsüz eşitdiyi ali dualardır. Uca Allah Sizi və xalqımızı […]
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.Dövlət başçısının 64 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil […]
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Dekabrın 23-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. İran Prezidenti dövlətimizin başçısını qarşıdan gələn ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə […]
ETSN-də Türkiyənin nümayəndə heyəti ilə görüş keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Türkiyə nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya […]