Sabah bəzi yerlərdə çiskin olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz […]

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi”, “minimum əmək haqqı” anlayışı daxil edilir. […]

Aİ Rusiya qazının idxalından imtina qaydalarını tədricən razılaşdırıb

Avropa İttifaqı Şurası Rusiyanın enerji mənbələrindən asılılığın aradan qaldırılması səyləri çərçivəsində 2027-ci ilə qədər Rusiya qazının idxalından tədricən imtina edilməsi ilə bağlı Avropa Parlamenti ilə razılıq əldə edib. Bu barədə Aİ-nin bəyanatında deyilir. “Qərara əsasən, Rusiyadan maye təbii qazın (LNG) və boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi mərhələli qadağa, […]

Müharibə dövrü üçün məhdud yararlı şəxslər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər

Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Bu, Nazirlər Kabinritnin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb.İndiyə qəsər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə […]

KİV: Uitkoff və Kuşnerin Putinlə danışıqları nəticəsiz qalıb

Rusiya Prezidenti Vladimir Putinin Uitkoff və Kuşnerlə 5 saat davam edən görüşü nəticəsiz olub. Bu barədə “Politico” nəşri yazıb. Nəşrin yazdığına görə, danışıqların gedişindən xəbərdar olan mənbələr bildirib ki, görüş heç bir nəticə verməyib və tərəflər konkret qərara gələ bilməyiblər.Bununla belə, Putin söhbət zamanı “Avropa tərəfinin destruktiv fəaliyyətlərini” vurğulayıb. “Politico” […]

Bu rayonlara qar yağır – FAKTİKİ HAVA

Yağan qarın hündürlüyü Şahdağda 3, Qrız (Quba) və Lazada (Qusar) 2 sm-dir. Milli Hidrometeorologiya Xidmətinin dekabrın 3-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə – Kəlbəcər, Laçın, Şahdağ, Daşkəsən, Gədəbəy, Xınalıq (Quba), Qrız(Quba), Lazada(Qusar) qar yağır. Düşən yağıntının miqdarı Qobustanda 14, […]

Naxçıvanda işdən çıxarılan məktəb direktoru vəzifəsinə bərpa edilib

Naxçıvanda məhkəmə məktəb direktorunun vəzifəyə yenidən bərpasını təmin edib. Ötən il Şərur rayonu Muğançıq-Mehrab kənd tam orta məktəbinin direktoru Sinduz Cəfərova yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru vəzifədən azad edilib. Qeyd olunan qərarla razılaşmayan Sinduz Cəfərova Naxçıvan Şəhər Məhkəməsinə müraciət edib. Naxçıvan Şəhər Məhkəməsi tərəfindən müvafiq əmrin ləğvi, eləcə […]

4 saata 160-dan çox paylaşım etdi

Dekabrın 2-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp təxminən dörd saat ərzində “Truth” sosial şəbəkəsindəki səhifəsində 160-dan çox yazı dərc edib. Bu barədə “Daily Beast” məlumat yayıb. Nəşr qeyd edir ki, bu hal Trampda ilk dəfə baş verib. Yazıların əksəriyyəti MAGA (“Amerikanı yenidən möhtəşəm et”) hərəkatı ilə bağlı məzmunun repostlarından, […]

Baş nazirdən XİN-lə bağlı – Qərar

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiqlənir: Kollegiyanın sədri Xarici işlər naziri Kollegiyanın üzvləri: Xarici işlər nazirinin müavinləri “ADA” Universitetinin rektoru; Xarici İşlər Nazirliyinin […]

Novruzla Ramazan eyni gündə qeyd ediləcək – 11 gün iş olmayacaq

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq. Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və […]