Azərbaycanda bu universitet ləğv edildi

“Naxçıvan” Universiteti MMC ləğv olunduğunu elan edib. Bu barədə Vergiler.az məlumat yayıb. Ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir. Qeyd edək ki, “Naxçıvan” Universiteti 1994-cü ildən 1999-cu ilə kimi “Naxçıvan” bazası kimi fəaliyyət göstərib. Universitetin təsisçisi və ilk rektoru İsmayıl İsrafil oğlu Əliyev […]

Bu yol təmirə bağlanır

Sentyabrın 4-ü saat 06:00-dan başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində (Azərbaycan prospektindən Səməd Vurğun küçəsinə qədər olan hissədə) hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bu, ərazidə aparılacaq təmir-bərpa işləri ilə əlaqədardır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun […]

Prezident İlham Əliyev San-Marinonun Regent Kapitanlarına təbrik məktubu göndərib

Prezident İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Alessandro Rossi və xanım Milena Qasperoniyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Belə bir xoş gündə Sizə möhkəm […]

İran, Rusiya və Azərbaycan XİN başçılarının görüşü müzakirə edilib

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib. Bu barədə İran XİN məlumat yayıb. Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına […]

Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

Finlandiya Rusiya ilə sərhəddə hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdırmağa qərar verib. Bu barədə məlumatı Finlandiyanın Sərhəd Xidməti yayıb. Bildirilir ki, xidmət 2026-cı ilin sonuna qədər şərq sərhədində 200 kilometr uzunluğunda istehkam inşa etməyi də planlaşdırır. Eyni zamanda, tikanlı məftillərin daha sıx ediləcəyi qeyd olunub. “Şərq sərhədində maneələrin […]

Çində yol qəzasında azı 10 məktəbli ölüb və ya yaralanıb

Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəb yaxınlığında baş verən ağır yol qəzasında azı 10 uşaq ölüb və ya yaralanıb. Bu barədə “Xinxua” agentliyi xəbər yayıb. Hadisə çərşənbə axşamı Tayan şəhərinin Dunpin kəndində yerli məktəblərdən birinin qapısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən […]

Ankaranın bu təklifini Kiyev rədd etdi – Lavrov

Türkiyə 2024-cü ilin yazında taxıl müqaviləsini bərpa etməyə çalışdı, Moskva hazır idi, lakin Kiyev Rusiya razılıq verdikdən sonra imtina etdi. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Cari ilin yazında Türkiyə tərəfindən bu dəyişdirilmiş formatda ərzaq tədarükünün qorunmasına dair sazişi yeniləməyə cəhd edildi. Hazır idik. Son anda ukraynalılar dedilər […]