Gələn həftədən bağçalarda diaqnostik qiymətləndirilmə başlayır

Gələn həftə, oktyabrın 19-20-də ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə […]

Kerri Makkarti: Effektiv iqlim fəaliyyətləri maliyyə imkanlarından asılıdır

İqlim fəaliyyətlərinin effektivliyi maliyyə resurslarının təmin edilməsindən asılıdır. Bunu Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə naziri Kerri Makkarti Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib. O qeyd edib ki, iqlimlə bağlı fəaliyyətlərin həyata keçirilməsinə ehtiyacı olan bir çox ölkələrin kifayət qədər vəsaiti […]

DYP əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, müraciətdə deyilir: “Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir. […]

Qazaxda 18 tələbə dönərdən zəhərləndi – Yenilənib

Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Onlar oktyabrın 10-u saat 19 radələrində Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər. Zəhərlənən tələbələrə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır. *** Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır. […]

“Səba” ləğv olunur

“Səba” ASC-nin səhmdarlarının oktyabrın 28-i, saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də “Səba”nın və onun törəmə cəmiyyətləri -“Qarabağ Taxıl” […]

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib.  Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 79,4 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]

Bakıda məşhur mağazadan 330 minlik saat oğurlandı

Bakı şəhər Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən “VMF Continental” mağazasından oğurluq edilib. Mağazaya müştəri qismində gələn naməlum şəxs oktyabrın 9-u saat 17 radələrindən oradan bahalı saat oğurlayıb. Həmin şəxs dəyəri 330 min manat olan bir ədəd “Breguet” markalı qol saatını gizli şəkildə götürərək uzaqlaşıb. Hadisə ilə bağlı polisə məlumat […]

Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan 4 il ötür

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür. 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Həmin ilin oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu […]

Bakının məşhur məktəbinə direktor təyin olundu

Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib. Bu vəzifəyə Aygün Mikayılova gətirilib. Aygün Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb. Məlumatı məktəbdən təsdiq ediblər. Qeyd edək ki, Aygün Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat […]

Temperatur 5-10 dərəcə enəcək, qar yağacaq – Xəbərdarlıq

Hava şəraitilə bağlı növbəti xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,  Azərbaycanın rayonlarında oktyabrın 11-i gündüzdən 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, […]