Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, nevroloq Zakir Məmməd oğlu Əliyev vəfat edib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. O, 80 yaşında dünyasını dəyişib.
Türkiyə millisi şaxtaya görə bu gün oyuna çıxmayacaq?
UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya – Türkiyə oyunu təxirə salına bilər. Buna səbəb matçın keçiriləcəyi “Laugardalsvöllur” stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsidir. Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının nümayəndələri və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. Toplantıda təxirəsalınma ilə bağlı qərar verilməyib. Lakin meydança bu […]
Qazax sakini minaya düşdü
Bu gün Qazaxda mina partlayışı baş verib. Hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Belə ki, qoyun otaran 2001-ci il təvəllüdlü İlkin Sarıyev minaya düşüb. O, xəstəxanaya aparılıb.
Hizbullahın inanılmaz zərbəsi: İsrail itkilərini elan etdi
Ötən gün axşam saatlarında Hizbullahın Hayfanın cənubundakı İsrail hərbi bazasına endirdiyi zərbə nəticəsində 4 əsgər ölüb. Bu barədə İsrail ordusu açıqlama yayıb. Bildirilib ki, öldürülən əsgərlərin hamısı 19 yaşındadır və təlimə cəlb edilibmiş. Qeyd edək ki, ötən gün Hizbullahın PUA ilə Hayfanın cənubundakı hərbi bazaya zərbəsi nəticəsində 67 əsgərin yaralandığını […]
Fətullah Gülən uzun müddət sonra görüntüləndi – Fotolar
FETÖ terror təşkilatının lideri Fətullah Gülən uzun zamandan sonra görüntülənib.Anadolu Agentliyi onun 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntülərini yayıb. Qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən kameralara tuş gəlib. İki lüks avtomobil naməlum istiqamətə doğru hərəkət edərək onu ərazidən uzaqlaşdırıb. Qeyd edək […]
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdədir. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Cenevrə Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, BMT-nin Cenevrə bölməsində və digər beynəlxalq təşkilatlar yanında Azərbaycanın daimi […]
İraq Prezidenti: Ölkəmiz İrana hücum üçün plasdarm olmayacaq
İraq qonşu ölkələr, o cümlədən İrana hücum üçün plasdarm olmayacaq. Bunu İraq Prezidenti Abdul Lətif Camal Rəşid İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə bildirib. Məlumata görə, İraq Prezidenti Livan və Qəzza zolağında müharibəni dayandırmaq üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib. O, müharibənin regionda mümkün genişlənməsinin qarşısını […]
Toya gedən müğənninin maşını aşdı – Foto
Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin […]
Arvadını, 4 uşağını və özünü öldürdü – Türkiyədə ailə faciəsi
Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb. Hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb. İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla […]
Sarayda şagird məktəb binasından yıxıldı
Abşeron rayonunda şagird məktəb binasından yıxılıb. Hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Abşeron Rayon […]