Ərdoğan Qırğızıstandadır – Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda rəsmi səfərdədir. Bişkekdə Ərdoğanı Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb. Liderlər arasında ikitərəfli danışıqlar baş tutub. Türkiyə lideri, həmçinin səfər çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 11-ci zirvə görüşündə iştirak edəcək.

“Azeri Light” bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,39 ABŞ dolları və ya 1,86% artaraq 76,19 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin öncəki qiyməti 74,8 dollar təşkil edib. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də […]

İcra başçısının bacısı oğlu qəzada öldü

Yevlaxda ağır yol qəzası baş verib. Hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. Samir İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü hadisə yerində ölüb. Qeyd edək ki, vəfat edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin […]

Prezidentdən sammit iştirakçılarına müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısının müraciətini Baş nazir Əli Əsədov oxuyub. Müraciətdə deyilir: “Hörmətli Sammit iştirakçıları! Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram. Bu gün dünyamızın üzləşdiyi iqlim […]

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 3. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 4. 28 […]

COP29-da iştirak edənlər üçün pulsuz viza TƏTBİQ EDİLDİ

Azərbaycan Hökuməti UNFCCC Onlayn Qeydiyyat Sistemi vasitəsilə COP29-a qeydiyyatdan keçmiş iştirakçılar üçün pulsuz “COP29 Xüsusi Viza”sın tətbiq edib. Bu barədə XİN məlumat yayıb. “COP29 Xüsusi Viza” qeydiyyatdan keçmiş iştirakçılara göndərilən UNFCCC qeydiyyatı təsdiq edən elektron məktubda verilmiş viza linki və ya Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə […]

Xəzərdə İran Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirildi – Fotolar

Xəzər dənizinin İrana mənsub hissəsində Azərbaycan və İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə “AZIREX-2024” birgə taktiki təlimi keçirilib. Əvvəlcə “Dənizdə axtarış-xilasetmə” təliminin məqsədi və icra olunacaq tapşırıqlarla bağlı brifinq təqdim edilib, qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan-İran hərbi əməkdaşlığını möhkəmləndirmək məqsədilə keçirilən təlimdə gəmi qəzaları […]

Dönər üçün ət yalnız bu yerlərdən alına bilər – Qərar

Çiy dönərin emalı üçün istifadə edilən ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalı və baytarlıq-sanitariya ekspertizasından keçdiyini təsdiqləyən sənəd (ekspertiza aktı) ilə müşayiət edilməlidir. Bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq […]

Mehriban Əliyeva Bakı Olimpiya Stadionundan paylaşım edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva noyabrın 11-22-də COP29 tədbirlərinin keçiriləcəyi Bakı Olim piya Stadionundan paylaşım edib. Paylaşım Mehriban Əliyevanın “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar”, – paylaşımda bildirilib.

Türkiyədə bələdiyyə sədrinə silahlı hücum olub, özü və sürücüsü ölüb

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub. Bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib. Silahlı hücumda daha iki nəfər yaralanıb. Hadisə ilə bağlı bir nəfər silahla birgə şübhəli şəxs qismində saxlanılıb. Onun […]