Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Daha 4 qanun layihəsi plenar iclasına tövsiyə olundu
Noyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov gündəliyə birinci oxunuşda 4 qanun layihəsinin daxil edildiyini bildirib. O qeyd edib ki, birinci məsələ Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Bu dəyişikliklər vergilərdə güzəştlərlə bağlıdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət […]
Nazir: Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq
Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı: “Bununla Mərkəzi Bank ilə Rabitə və […]
Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Azərbaycan Xarici İşlər Nazirliyi Qarakənd faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. Bu barədə qurumun “X” hesabında yazılıb: “Azərbaycanın Xocavənd rayonunun Qarakənd şəhərində baş vermiş faciədən 33 il ötür. 1991-ci il noyabrın 20-də Azərbaycanın 22 yüksək səviyyəli dövlət xadimini, jurnalistini və sülh missiyasının üzvlərini daşıyan mülki vertolyot Ermənistan silahlı qüvvələri […]
İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir
İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir. Bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə […]
Rəşad Nəbiyev: “2030-cu ilə qədər bütün avtobusların elektrikləşdirilməsi hədəflənir”
Azərbaycan dayanıqlı nəqliyyat sistemi qurmaqda qətiyyətlidir. Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29 çərçivəsində keçirilən nazirlərin mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycanın Milli Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində “yaşıl nəqliyyat” siyasətlərinin planlaşdırılması və tətbiqi üçün praktik yollar müəyyən edilib: “Emissiyaların azaldılması və vətəndaşların həyat keyfiyyətinin […]
Maliyyə naziri: “Yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur”
Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə […]
Enrike Oçoa: Dünya sürətlə iqlim fəlakətinə irəliləyir
Hesabatlar göstərir ki, dünya sürətlə iqlim fəlakətinə doğru irəliləyir. Bunu Meksikanın çoxtərəfli məsələlər və insan hüquqları üzrə katibinin müavini Enrike Oçoa COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib. “Əgər qlobal temperatur 3 dərəcə artarsa, planetdə təhlükəsiz yer olmayacaq. Biz kursu dərhal dəyişməsək, bu, baş verəcək. İqlim öhdəlikləri və birtərəfli qərarlardan geri […]
Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib
Azərbaycan yığmasının 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib. Yığma IV səbətdə olacaq. I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç III […]
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? – Polis araşdırır
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərbaycanda fəaliyyət göstərən bəzi estetik cərrahların onu hədələdiyini bildirib. Dogrusoztv.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayan Ataşovanın sözlərinə görə, “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslər susması üçün səhifələrinə haker hücumları təşkil edir. Jurnalist bir neçə estetik cərrahın adını çəkib. İddia edib […]