Rusiya ilə sülh əldə etməzdən əvvəl Ukraynaya təhlükəsizlik zəmanəti lazımdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “RAI News 24”ə müsahibəsində deyib. “Avropa İttifaqı bu gün Rusiya Federasiyasının dondurulmuş bütün aktivləri ilə bağlı ciddi addımlar ata bilər. Bu mühüm addımdır. Bu, təkcə Ukraynaya kömək etməyəcək”, – o deyib. Zelenski Rusiyanın dondurulmuş aktivlərinin […]
Los-Ancelesdəki yanğınlara görə bir nəfər saxlanıldı – Fotolar
Amerika polisi Los-Ancelesdə güclü meşə yanğınlarını törətməkdə şübhəli bilinən bir nəfəri saxlayıb. Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı şəhərin polis zabiti Şon Dinsə istinadən “NewsNation” yayıb. Los-Anceles prokuroru Natan Hohman bildirib ki, yanğını törədən şəxslərlə bağlı maksimum cəza tətbiq ediləcək. Xatırladaq ki, Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən davam edir. […]
Samir Şərifovdan ilk – Açıqlama
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Yeni təyinatı ilə bağlı açıqlama verən Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki […]
Yeni informasiya sistemi yaradıldı – REİS
Azərbaycanda “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. “Rəqəmsal ekologiya” informasiya sistemi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən […]
Yanvar ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yanvar ayının pensiyaları ödənilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.
Baş nazirin müavinlərinin sayı üç oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb. Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin […]
Prezident Fərman imzaladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən yeni istifadə qaydası təsdiqlənib. Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, bu Qayda Azərbaycan Rəqəmsal İnkişaf və […]
Samir Şərifov nazir postundan azad edildi – Sərəncam
Samir Rauf oğlu Şərifov maliyyə naziri vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Samir Şərifov Baş nazirin müavini təyin edilib. Qeyd edək ki, 64 yaşlı S.Şərifov 2006-cı ildən bəri maliyyə naziri vəzifəsini icra edirdi.
Bakı metrosuna 20 vaqon VERİLƏCƏK
“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib. Nazir müavini […]
Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilib ki, cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat […]