Rusiya mütəmadi olaraq Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının neqativ münasibətindən və konfrontasiya mahiyyətindən danışır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Bu missiyanın anti-Azərbaycan, anti-Rusiya, anti-İran məqsədləri aşkardır. Xüsusilə NATO ölkələri də buna qoşulur. Aydındır ki, bu, kollektiv Qərbin regionda mövcudluğunu möhkəmləndirmək üçün istifadə olunan geosiyasi layihədir. Onun […]
20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri davam edir
Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işləri davam edir.Xiyabanın girəcəyində Hüzn günü ilə bağlı müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
HƏMAS-İsrail atəşkəsi – beynəlxalq ictimaiyyətin uğuru – TƏHLİL
Hadisələr belə davam edərsə, Yaxın Şərqə də sülh, əmin-amanlıq, firavanlıq, əməkdaşlıq gələ bilər.Yanvarın 15-də HƏMAS (İslam Müqavimət Hərəkatı) ilə İsrail arasında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə atəşkəsə dair razılıq əldə edilib. Qətərin xarici işlər naziri Məhəmməd Ben Abdel Rəhman ben Casim əl-Tani razılaşma imzalanandan sonra bildirib ki, onun ölkəsi, […]
Azərbaycanda həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətləri rəqəmsallaşdırılacaq
Azərbaycanda həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur.Bu, bu gün Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən “Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. Sənəddə həyat hadisəsi əsaslı və proaktiv dövlət xidmətlərinin müəyyən olunması, müvafiq xidmətlərin rəqəmsallaşdırılması və optimallaşdırılması istiqamətində tədbirlərin görülməsi, həyat hadisəsi əsaslı dövlət xidmətlərinin mütəmadi […]
Baş prokuror Qaradağda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev paytaxtın Qaradağ rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi, həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror Kamran Əliyev yanvarın 23-də saat 10:00-da Qaradağ rayon prokurorluğunun […]
Prezidentdən Afaq Məsudla bağlı – Sərəncam
Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla təqaüd Afaq Məsud qızı Vəliyevaya (Afaq Məsuda) Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə verilib.
Sabahın havası açıqlandı
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-9° isti […]
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb
Bakıda restoranların birində soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nizami rayonu ərazisində yanvarın 13-ü saat 03 radələrində naməlum şəxsin 37 yaşlı M.Pənahova zor tətbiq edib 150 manatını alması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri […]
Fərid Osmanov yüksək posta gətirildi – FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva vəzifəsindən azad olunub. Onun yerinə Fərid Osmanov təyin edilib. O, indiyə qədər nazirin müşaviri olub, bundan əvvəl isə 2020-2024-cü illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb. F.Osmanov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) […]
Bakının bütün mikrorayonlarında su KƏSİLƏCƏK
Bu gün Bakının bütün mikrorayonlarında və Rəsulzadə qəsəbəsinin bir hissəsində – “Vorovski” ərazisində suyun verilməsində fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Məlumata görə, buna səbəb su xəttində baş verən qəzanın aradan qaldırılması işləridir. Saat 19:00-dan sonra su təchizatı […]