“Haber Global”: İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kiprlə bağlı açıqlaması möhtəşəm bir münasibət idi. Bu barədə “Haber Global”ın sujetində İstanbul Topkapı Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında dosenti Cihat Yaycı danışıb: “Nə varsa, can Azərbaycanda var. Prezident İlham Əliyev Antalya Diplomatiya Forumunda da Şimali Kipr Türk Respublikasının həmişə arxasında olduqlarını bildirdi”. […]

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclasının vaxtı məlum olub.Sayca 6-cı iclas aprelin 23-nə təyin edilib. Qeyd edək ki, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,64% azalaraq 67,14 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,42 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan […]

DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Qeyri-sabit hava şəraiti, xüsusilə intensiv yağıntılar və güclü küləklə əlaqədar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara aşağıdakıları tövsiyə edir: BDYPİ bütün yol hərəkəti iştirakçılarını […]

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında YENİLİK

Bu ildən 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında yeni modelə keçid edilib ki, bu modeldə də ən nəzərəçarpan dəyişiklik xarici dil fənni (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə yazılı tapşırığın məzmununda özünü göstərir. Artıq şagirdlər təqdim olunan şəkillər əsasında qrammatik düzgünlük və yaradıcı yanaşma tələb edən […]

Attestasiyadan kəsilən müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanı aparan komissiyaların fəaliyyətinə ciddi nəzarət edilir, onların verdikləri qərarlar təhlil olunur: “Bu məqsədlə müvafiq əmrlə xüsusi komissiyalar yaradılıb. Hazırda komissiyalar tərəfindən attestasiya ilə bağlı iradları olan […]

Yaranması müşkülə düşən Avropa ordusu – İttifaq ABŞ ilə müttəfiqliyi itirə bilər – ANALİZ

Sovetlərin dağılması ilə bir sıra beynəlxalq təşkilatların, hakimiyyətlərin, hətta dövlətlərin belə istifadə müddəti başa çatıb. Məsələn, NATO vaxtı ilə SSRİ-nin Şərqi Avropa ölkələrinə hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə yaranmışdı. Belə örnəklərin sayı çoxdur.Son illər Avropa İttifaqı ilə ABŞ arasında müəyyən fikir ayrılıqları Alyansın gələcəyilə bağlı bədbin proqnozların verilməsinə səbəb olub. […]

Sahil Babayev onu vəzifədən kənarlaşdırdı

Maliyyə naziri Sahil Babayevin sədrliyi ilə “Aqrarkredit” (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib. Maliyyə Nazirliyindən verilən məlumata görə, yığıncaqda QSC-nin İdarə Heyətinin üzvlərinin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar olaraq yeni tərkibin formalaşdırılması məsələsi müzakirə olunub. S.Babayev səlahiyyət müddətləri başa çatan İdarə heyətinin üzvlərinə, o cümlədən sədr Məmməd Musayevə öz […]

Rusiyanın İsveçdəki səfirliyinin qarşısına boya qutuları atılıb

Rusiyanın Stokholmdakı səfirliyinin qarşısına boya qutularının atılması ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə (XİN) nota göndərilib.Bu barədə diplomatik missiyanın mətbuat xidməti məlumat yayıb. “Aprelin 15-də səhər saatlarında Rusiyanın Stokholmdakı səfirliyi növbəti dəfə vandalizm aktına məruz qalıb. Diplomatik missiyanın xidməti binasının mərkəzi girişi qarşısında asfalta, həmçinin onun ərazisindəki yaşayış kompleksinin qarşısına […]