Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, […]
Neft və Sənaye Universitetində keçid balları – SİYAHI
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2024-cü il qəbul imtahanlarından sonra formalaşan ixtisaslar üzrə keçid balları açıqlanıb. Ən yuxarı keçid balı “Neft-qaz mühəndisliyi” (ingilis dili) ixtisasında olub. Bu ixtisasda oxumayanlar ən azı 618.1 bal toplayıb. Ən çox seçilən ixtisaslar üzrə keçid balları aşağıdakı kimidir: Kompüter elmləri: 452.8 bal Kompüter […]
Əvəz Zeynallı cəzadan azad edilib
“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib. […]
Murat Yaman: “TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır”
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət dövriyyəsi aşağıdır. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bu gün Türk Ticarət Mərkəzində (TTM) Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistanın ticarət pavilyonlarının açılışında bildirib. “Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin təxminən 200 milyon əhalisi var. Onların ümumi ticari mənfəəti […]
Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya – ŞƏRH
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq cəhdləri hələ ki nəticə vermir. Tərəflər bir-birinin ərazisində hərbi əməliyyatları davam etdirirlər. Ancaq bu ilin fevralında Tramp Moskva ilə Kiyev arasında atəşkəslə bağlı fəaliyyətə başlayanda elə təəssürat yaranırdı ki, tezliklə atəşkəs elan olunacaq. Bununla da müharibənin bitməsi üçün şərait yaranacaq. Donald […]
Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib
Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu […]
Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği […]
Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib
Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”. Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə […]
Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var
Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib. “Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, – o qeyd edib. Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə […]
Azərbaycan neftinin qiyməti 68 dolları ötüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.38 ABŞ dolları və ya 0.56% artaraq 68,01 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,63 ABŞ dolları təşkil edib.[u][/u]