Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir

Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata görə, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan “King Long” markalı avtobuslar müasir, […]

Azərbaycanın müdafiə xərcləri – Ötən il bu qədər olub

Ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən və digər ehtiyat vəsaitlərdən ayrılmış 99,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla 2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,7 faizi həcmində və ya […]

Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb. O, bu barədə “X” sosial şəbəkəsində yazıb. “Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 […]

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında mayın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, […]

Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20-dən çox bankın SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılmasını nəzərdən keçirir. Bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb. “Ukraynaya qarşı müharibəni dayandırmaq üçün Moskvaya təzyiqi artırmağa yönəlmiş yeni sanksiyalar çərçivəsində Aİ həm də Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması və “Şimal […]

Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb

Vətəndaşların bank kartlarından oğurluq davam edir. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 23-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla […]

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 23-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 127 […]

Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib – VİDEO

MDB ölkələrinin fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə qurumlarının birgə təlimi Azərbaycan Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib. Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında qəbul olunmuş qərarın icrası məqsədi ilə […]

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.61% – 41,603.07 bəndədək, S&P 500 indeksi 0.67% – 5,802.82 bəndədək, Nasdaq indeksi isə 1% – 18,737.21 bəndədək azalıb. Avropa fond bazarlarında mayın 23-də FTSE 100 indeksi 0.24% – 8,717.97 bəndədək, Almaniyanın DAX indeksi 1.54% – 23,629.58 bəndədək, Fransanın CAC-40 indeksi isə […]

Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gecə və bu gün səhər saatlarında ölkənin regionları üzərində Ukraynaya aid 94 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-ların 64-ü Belqorod, 24-ü Bryansk vilayətləri ərazisində vurulub. Qalanları Kursk, Lipetsk, Voronej və Tula vilayətləri ərazisində zərərsizləşdirilib.