Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib. Bu barədə “TRT Haber” məlumat yayıb. Ərdoğan Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi, enerji sahəsində də güclü və qətiyyətlə davam edir”. Prezident Türkiyə və Azərbaycanın […]

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv […]

Belarus Prezidenti Çinə səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko 2-4 iyun tarixlərində Çinə səfər edəcək. Bu barədə BELTA prezidentin mətbuat xidmətinə istinadən məlumat yayıb. İki ölkənin liderləri Aleksandr Lukaşenko və Si Cinpin əvvəlcə təkbətək formatda görüş keçirəcəklər. Onlar Belarus-Çin münasibətlərinin vəziyyətini və birgə layihələrin həyata keçirilməsi və çoxtərəfli təşəbbüslərin irəli sürülməsi hesabına əlaqələrin inkişaf perspektivlərini […]

İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”unun rəsmi açılış mərasimində çıxış edir. Bu barədə Prezidentin Mətbuat Xidməti […]

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib.Paylaşımda deyilir: “Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”.

Bakıda 16 istiqamətdə sıxlıq var – SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından […]

Azərbaycanda nə qədər qadın din xadimi var? – RƏSMİ

Qadın anlayışı dinlərin formalaşdırdığı ən köklü sosial təsəvvürlərdən biri olub. Tarix boyu dünya dinləri qadının cəmiyyətdəki rolu, mənəvi statusu və sosial funksiyaları barədə müxtəlif mövqelər sərgiləyib. Dinlərdə qadın bir tərəfdən məhsuldarlıq və həyat verici qüvvə ilə əlaqələndirilsə də, digər tərəfdən ictimai və dini qərarvericilikdən kənarda saxlanılıb.Bütün bu yanaşmaların izləri bu […]

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 55% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə […]