Bu gün keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq: “Tədbir iştirakçılarının mənzil başına rahat […]
Azərbaycana yay fəsli daxil olub
Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub. Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək. Eyni zamanda bu gün ilin […]
Naxçıvan Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib
Naxçıvan Muxtar Respublikası (MR) Ağciyər Xəstəlikləri Dispanserinə baş həkim təyin edilib. Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmrinə əsasən, Rəsmiyyə Həşimova muxtar respublika Ağciyər Xəstəlikləri Dispanseri publik hüquqi şəxsinin baş həkimi vəzifəsinə təyin olunub.
Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik
İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Alaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib. Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə […]
Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb. Görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı […]
Qaxın icra başçısı, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb
Dövlət Təhlükəsizliyi Xidməti Qax rayonunda əməliyyat həyata keçirib. Əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil. ***Əməliyyat nəticəsində başçıdan əlavə daha bir neçə vəzifəli şəxs saxlanılıb. Cinayət məsuliyyətinə cəlb ediləcək vəzifəlilər ilkin dindirmədən sonra 48 saat ərzində Səbail Rayon Məhkəməsinə çıxarılacaqlar. […]
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi – Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Ultimate Fighting Championship”in (UFC) prezidenti, amerikalı sahibkar Deyna Uaytı qəbul edib. Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Deyna Uayt Bakıda keçiriləcək UFC turnirinə hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını vurğuladı və göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı UFC turnirinin ölkəmizdə ilk dəfə […]
Bakının üç rayonuna prokuror təyin edilib
Bakının üç rayonunun prokuroru ikinci səlahiyyət müddətinə təyin edilib. Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb. Əmrə əsasən Həsən Hənəfiyev Nəsimi rayonu, Hidayət Nurəlibəyov Nərimanov rayonu, Rəşid Mahmudov isə yenidən Suraxanı rayonunun prokuroru təyin edilib.
Sabah 36 dərəcə isti olacaq
Azərbaycanda iyunun 21-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın səyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu […]
Rusiya Ermənistan səmasının onun üçün bağlana biləcəyindən ehtiyat edir
Moskva ehtiyat edir ki, Ermənistanın avrointeqrasiyasının dərinləşməsi onun hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına gətirib çıxara bilər. Bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxışı zamanı bildirib. “Rusiyanın hazırda Avropa İttifaqı ilə hava əlaqəsi yoxdur. Avropa İttifaqının hava məkanı Rusiya təyyarələrinin uçuşu üçün bağlıdır. Ermənistan […]