Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metrostansiyası istiqamətində; 5. Mikayıl Əliyev küçəsi, […]
İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib – İLKİN NƏTİCƏLƏR
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib. “Report”un Əbu-Dabiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə əsasən, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb. […]
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım – ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutur.Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı. Liderlərin […]
Sabah Bakıda 36 dərəcə isti olacaq
Azərbaycanda iyulun 11-də bəzi yerlərdə 36-38 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi […]
Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək
İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, […]
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyahətçi Çarlz Vili rəhbərlik edir. Üç gün ərzində iştirakçılar Füzuli – Xocavənd – Şuşa – Xankəndi – Xocalı – Ağdam – Kəlbəcər – Laçın – Zəngilan […]
Bakının Şüvəlan qəsəbəsində işıq olmayacaq
Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində iyulun 10-da elektrik naqilləri yenilənəcək. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar […]
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Avstriyanın paytaxtı Vyanada yerləşən məşhur Hofburq sarayında OPEC-in 9-cu Beynəlxalq Seminarı keçirilir. Tədbirdə Azərbaycandan olan nümayəndə heyəti də iştirak edir. Seminarın mövzusu “Birlikdə yol xəritəsi cızaraq: qlobal enerjinin gələcəyi”dir. İki gün ərzində enerji sənayesinin inkişafına həsr olunmuş 12 sessiya keçiriləcək. Birinci gün seminar iştirakçıları neft bazarının vəziyyəti və onun perspektivləri, […]
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır. Diplomatik xidmətin yaradılmasından 106 il ötür. Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas […]
Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur
Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibə verib və rəsmi Bakının iqtisadi siyasəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, “yaşıl fanatizm”in niyə kənara qoyulmalı olduğu barədə danışıb. H.Hacıyev Mərkəzi və Şərqi Avropa ölkələrini Azərbaycanın ənənəvi dostları və […]