Ötən il Azərbaycanda hər min nəfərə düşən nikah hallarının ən çox və ən az qeydə alındığı rayonlar məlum olub. “Report”un əldə etdiyi məlumata görə, 2024-cü ildə 49 min 508 nikah qeydə alınıb. Onlardan 11 min 638-i Bakıda, 2247-si Naxçıvan Muxtar Respublikasında, 2716-sı Abşeron-Xızı iqtisadi rayonunda, 1785-i Dağlıq Şirvan iqtisadi rayonda […]
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb. İyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb. Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib. ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya […]
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vurub
Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsində baş verib. Belə ki, hadisə Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda zəlzələ baş verib
İsmayıllıda zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2024-cü büdcəsinin icrası haqqında sərəncam imzalayıb.Ötən il ARDNF-in büdcə gəlirləri 18 milyard 39 milyon manat, büdcə xərcləri isə 12 milyard 896,4 milyon manat təşkil edib. İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 12 milyard 243,7 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 11 […]
İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib. Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı […]
İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev monqolustanlı həmkarı Uxnaaqiyn Xurelsuxa təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram. Biz dost ölkənizlə münasibətlərin inkişafına böyük önəm veririk. HazırdaAzərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin […]
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Məmmədli və Novxanı kəndlərində, Masazır qəsəbəsi ərazisində silah-sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. […]
Beynəlxalq səyyahlar Kəlbəcərdə olublar
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcərdə olublar. “Report”un əməkdaşı xəbər verir ki, qonaqlar Ermənistanın işğalı dövründə törədilmiş dağıntılarla tanış olublar. Səyyahlara şəhərdə aparılan genişmiqyaslı tikinti-bərpa işləri, o cümlədən yeni infrastruktur obyektlərinin, yaşayış evlərinin və ictimai binaların tikintisi haqqında ətraflı məlumat verilib. […]
“Qarabağ” bu gün Niderland klubu ilə iki yoxlama oyunu keçirəcək
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün daha iki yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gələcək. İlk görüş Bakı vaxtı ilə saat 17:00-da, ikinci isə 19:15-də başlayacaq. Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” […]