İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.

Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib. “Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – XİN rəsmisi əlavə edib.

Xocalı kərpic zavodunun açılışı olub

İyulun 18-də Prezident İlham Əliyev Xocalı kərpic zavodunun açılışında iştirak edib. Bu istehsal müəssisəsi rayonun Daşbulaq kəndində inşa olunub. Layihə dəyəri 8,5 milyon manat olan müəssisədə 60 nəfər daimi işlə təmin edilib. İşçilərin əksəriyyəti işğaldan azad edilmiş rayonların sakinləridir. Gələcəkdə zavodda iş yerlərinin sayının 120-yə çatdırılması nəzərdə tutulur. Müəssisənin illik […]

İlham Əliyev Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam […]

Prezident İlham Əliyev ASOSAI-nin İdarə Heyətinin 62-ci toplantısının iştirakçılarına müraciət edib

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.Görüşdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.  

Vəkillər Kollegiyası yeni hakim təyin olunan vəkilləri təltif edib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif edilib. Tədbirdə çıxışı edən Kollegiyanın sədri Anar Bağırov Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib. O, bu sahədə […]

Bu ilin altı ayında icbari tibbi sığorta təminatı ilə 80 orqan transplantasiyası əməliyyatı icra olunub

2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir. Qeyd edilib ki, sözügedən dövr ərzində icbari […]

Azərbaycan nefti cüzi bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,43 % artaraq 72,67 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,96 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı […]

Dənizdə batan uşağın meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin (uşaq) axtarışları başa çatıb. Bu barədə FHN məlumat yayıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil […]

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb,  Hazırda yanğın tam söndürülüb. “Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb”, – məlumatda qeyd olunub. Xatırladaq ki, dağlıq ərazidə […]