Rəsmi Bakı: Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha ifadə edirik

Oxunma vaxtı:15 Saniyə

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

“Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – XİN rəsmisi əlavə edib.

Loading

Next Post

İyulun 23-dək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, ötən günlərdə olduğu kimi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°-yə yaxın, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 36-40, bəzi yerlərdə 41° dərəcəyədək, dağlıq rayonlarda isə 33 dərəcəyədək isti olacağı gözlənilir.