Prezident İlham Əliyev Maldiv liderini təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və […]

İranda məhkəmə binasına silahlı hücum edilib, ölən və yaralananlar var

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum edilib. Bir neçə silahlı şəxs binaya soxulub. Hücum nəticəsində məhkəmə işçiləri və hərbçilər arasında ölən və yaralananlar var. Şahidlər bildiriblər ki, hücum edənlər binanın içərisində atəş açıblar. Zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.

Rusiya ermənilərinin rəhbəri: Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur

“Ermənistanın Rusiyanın yanında olmaqdan başqa alternativi yoxdur”. Bunu TASS agentliyinə müsahibəsində Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan deyib. O həmçinin ölkəsinin Avropa İttifaqına üzvlük perspektivlərini də dəyərləndirib: “Bizi bu ittifaqa heç kim dəvət etmir. Özümüz ora üzv olmaq istəyirik. Avropa İttifaqında da deyirlər ki, əlbəttə, buyurun. Onlar niyə belə deyir? […]

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq. Şəhərin Azərbaycan məhəlləsinin bir hissəsini, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 9:00-dan suyun verilməsində fasilə yaranacaq. İşlər gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki […]

DİN-də əməliyyat müşavirəsi keçirilib, azad olunan ərazilərdə mövcud əməliyyat şəraiti təhlil edilib

Daxili İşlər Nazirliyində iyulun 25-də işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyyat müşavirəsi keçirilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə bölgədə mövcud əməliyyat şəraiti, şəxsi heyətin xidməti fəaliyyəti və əhali ilə qurulmuş qarşılıqlı əlaqə təhlil edilib. Qeyd olunub […]

FHN: Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən tədbirlər davam etdirilir. Bu barədə FHN məlumat yayıb. Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. […]

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar: – […]

Türkiyədə bələdiyyə sədri faciəli şəkildə öldü

Türkiyənin Yozqat vilayətinin Yenifakılı şəhərinin bələdiyyə sədri Musa Sarıaslan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd olunur ki, MHP-dən seçilən Musa Sarıaslanın xidməti avtomobili yoldan çıxaraq tarlaya girib. Hadisə yerinə gələn həkim heyəti bələdiyyə başçısının öldüyünü qeydə alıblar.

Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb

Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat […]