Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri həyata keçirir və həmin ərazilərdə 12 şəhərin baş planı hazırlanıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) çıxışı zamanı bildirib. Onun sözlərinə görə, onlardan 8-i artıq müasir şəhərsalma və […]
Əli Nağıyev: Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlərə qarşı xüsusi xidmət orqanları vacib rol oynayır
Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynayır.Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda çıxışında deyib. O bildirib ki, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, […]
Sabah İmişli və Saatlıda 2500-dən çox abonentin qazı kəsiləcək
Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq. Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür […]
Mikayıl Cabbarov: “AIIF ənənəvi xarakter daşıyacaq”
Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ənənəvi xarakter daşıyacaq və onun hər ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Biz hədəfləyirik ki, bu, həm ölkəmizin iqtisadiyyatına, həm də regionumuzda iqtisadi əməkdaşlığa yönəlmiş ənənəvi bir tədbir olsun”, – deyə o qeyd edib. […]
Fələstinin tanınması – Yaxın Şərq düyününü vuranlar onu açmağa başlayıb – ŞƏRH
Kanada, Böyük Britaniya və Avstraliya BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyıb.Bu, “iki dövlət” prinsipinin reallaşması istiqamətində mühüm addım sayılır. G7qrupunun üzvü kimi Birləşmiş Krallıq və Kanadanın belə bir addımı müəyyən mənada sensasiya sayılır. Onların Fələstini tanıması “Böyük 7″lərin Yaxın Şərq məsələsinə ortaq mövqeyinin olmamasını göstərir. Britaniyanın Baş naziri Kir Starmer […]
Sabah pensiyalar tam ÖDƏNİLƏCƏK
Respublika üzrə pensiyaların sentyabrın 23-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Dövlət Sosial Müdaiə Fondu məlumat yayıb. Bildirilib ki, Fond tərəfindən sentyabrın 23-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Fransa və Səudiyyə Ərəbistanı Fələstinə dəstək sammiti keçirəcək
Fransa və Səudiyyə Ərəbistanı bir sıra dünya liderinin iştirakı ilə iki dövlətli həll üçün sammit keçirəcək. Bu barədə “Reuters“ məlumat yayıb. Bildirilib ki, sammitin məqsədi iki dövlətli həllə dəstəyi gücləndirmək və bir sıra ölkələrin rəsmi şəkildə Fələstin Dövlətini tanımasını təşviq etməkdir. Belə bir addımın İsrail və ABŞ tərəfindən sərt reaksiya […]
Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ olub. Balıkesir vilayətinin Sındırgı rayonunda 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Qeyd edək ki, bu, eyni ərazidə bu gün baş verən ikinci zəlzələdir. Gecə saat 00:05 radələrində Sındırgı rayonunda 4,9 maqnitudalı zəlzələ baş verib.
Yük və minik maşınları toqquşdu – Xəsarət alanlar var
Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şəmkir-Gədəbəy yolunda, rayonun Yasamal adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21015” ilə yük maşını toqquşub. Qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya yeləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanın Baş Qərargah rəisi Belarusa gedib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveykonun dəvəti ilə bu ölkəyə işgüzar səfəri başlayıb. Bu barədə Azərbaycan MN məlumat yayıb. Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin belaruslu həmkarı ilə görüşü nəzərdə […]