Bakıda yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 44 sakin təxliyə olunub

DogruSozTv Az

Bu gün səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar FHN-nin 112 qaynar xəttinə çağırış daxil olub. Çağırışla əlaqədar hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə qüvvələri və texnikaları cəlb edilib. Binanın şaxtasından 22-ci mərtəbəsinədək şaxta naqilləri yanıb, yanğın məhdudlaşdırılıb. Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət […]

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

DogruSozTv Az

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qeyri-yaşayış sahəsinə məxsus qaz xəttinin “Hacı Seyfəl” orta təzyiqli qaz kəmərinə qoşulması ilə bağlı sentyabrın 24-də saat 10:00-dan işlər başa çatanadək adıçəkilən qaz kəmərində […]

Tramp: Ermənistan və Azərbaycan arasındakı münaqişəni həll etdim

DogruSozTv Az

Mən yeddi bitməz müharibəyə son qoydum. Bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasında çıxışında bildirib. Tramp çıxışında yeddi uzunmüddətli müharibəyə son qoyduğunu qeyd edib:Mən yeddi bitməz müharibəyə son qoydum. Sonsuz olduqlarını, onları heç vaxt həll etməyəcəksiniz dedilər. Bəziləri 31 il idi ki davam edirdi. Fikirləşin, […]

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

DogruSozTv Az

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və […]

Prezident İlham Əliyev və birinci xanım BMT-nin mənzil qərargahına gəliblər

DogruSozTv Az

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gəliblər. Bu barədə APA-nın Nyu-Yorka ezam olunmuş əməkdaşı xəbər verir. BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı […]

NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb

DogruSozTv Az

NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib. Bu gün Şimali Atlantika Şurası Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin […]

DYP: Bu il qadın sürücülərin iştirakı ilə 107 qəza olub, 16 nəfər ölüb

DogruSozTv Az

Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib. Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanlarla bağlı qadın sürücülərə müraciət edib: “Baş Dövlət Yol Polisi İdarəsi bütün […]

Florian Zenqstşmid: “Azərbaycanın sağlamlıq turizmi qlobal bazara inteqrasiya olunur”

DogruSozTv Az

Azərbaycanın sağlamlıq turizmi potensialı 1,4 trilyon ABŞ dollarına bərabər qlobal bazara inteqrasiya olunur. Bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib. Onun sözlərinə görə, dünyada ən sürətlə inkişaf edən turizm sahələrindən biri olan sağlamlıq turizminin həcmi 2030-cu ilə […]

SOCAR İtaliya şirkətindən pay alır

DogruSozTv Az

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb. Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub. Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti […]