Bakıda yaşayış binasında yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib, 44 sakin təxliyə olunub

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Bu gün səhər saatlarında Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğınla əlaqədar FHN-nin 112 qaynar xəttinə çağırış daxil olub. Çağırışla əlaqədar hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə qüvvələri və texnikaları cəlb edilib. Binanın şaxtasından 22-ci mərtəbəsinədək şaxta naqilləri yanıb, yanğın məhdudlaşdırılıb.

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğındöndürmə Qərargahının əməliyyat növbətçisinin köməkçisi, polkovnik-leytenant Elxan Bədəlov bildirib. Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Binanın 12-si azyaşlı olmaqla, 44 sakini xilas edilib.

FHN təmsilçisi bildirib ki, hadisə zamanı 4 nəfərin tüstüdən zəhərlənməsi ilə bağlı təcili tibbi yardıma müraciət edib.

Yanğının baş vermə səbəbi araşdırılır.

Loading

Next Post

Kreml Trampa cavab verib: Rusiya ayıdır

Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiyanın “kağız pələng” olması ilə bağlı iddiasını rədd edib. Kreml rəsmisi Rusiyanın pələng deyil, ayı olduğunu söyləyib. “Rusiya pələng deyil, ayıdır “kağız ayı” olmur ”, – Putinin sözçüsü Trampın sözlərini şərh edərkən deyib.