Ağdərə sakini mal-qara otararkən minaya düşüb

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıblar. Məlumata görə, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ […]

Paşinyanın “Qarabağ kartı”: Ermənistanın Baş naziri rəqiblərini tarixin arxivinə göndərir – ŞƏRH

Ermənistanda daxili siyasi gərginlik pik həddinə çatıb. Baş nazir Nikol Paşinyan hökumətinin Azərbaycanın müəllifi olduğu sülh gündəliyinə uyğun davranması qonşu ölkədəki revanşist qüvvələri və onların xaricdəki havadarlarını rahat buraxmır. Ermənistan cəmiyyəti sülhün onlar üçün açdığı perspektivləri dərk etdikcə, revanş tərəfdarları özlərinin siyasi sonunun yaxınlaşdığını daha aydın görür və bu səbəbdən […]

“Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək. Qanuna əsasən, dövlət xidməti xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət İstifadəçisinə […]

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadılma qaydası müəyyənləşir

Hamiləliyə və doğuşa görə ödənişli məzuniyyətin müddətinin uzadılma qaydası müəyyənləşir. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli […]

Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin […]

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən […]

Ötən ay dövlət qurumlarına qarşı 49 kiberhücumun qarşısı alınıb

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb. Bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında […]

Sabah bəzi yerlərdə çiskin olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 4-də gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz […]

Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) tələblərindən irəli gələrək Əmək Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək. Bununla bağlı təklif layihəsi Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan BƏT-in ratifikasiya etdiyi bir neçə konvensiyanın tələblərinə uyğun olaraq Məcəlləyə “ailə vəzifələri olan işçi”, “minimum əmək haqqı” anlayışı daxil edilir. […]