Ceyhun Bayramov britaniyalı nazirlə bir arada

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb. Bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib. Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti […]

Sabah leysan olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir […]

Prezident: Britaniya ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb

Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərinin zəngin tarixi var. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən bildirib. Sövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. […]

Ötən ay Ədliyyə Nazirliyinin Çağrı Mərkəzinə edilən müraciətlərin sayı açıqlanıb

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Noyabr ayı […]

Rusiya ordusu Odessaya dronla zərbə endirib, 7 nəfər yaralanıb

Rusiya ordusunun Odessa şəhərinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində şəhərin enerji infrastrukturuna ciddi ziyan dəyib, yeddi nəfər xəsarət alıb. Bu barədə “Unian“ Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperə istinadən məlumat yayıb. Məlumata görə, energetika obyektində baş verən yanğın qısa müddətdə nəzarətə götürülüb. Yerli xidmətlər ziyan dəymiş infrastrukturu bərpa […]

Türkiyə “Akkuyu” AES-in birinci blokunun işə salınmasına hazırlaşır

Türkiyənin “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) birinci blokunda tikinti işləri 95% tamamlanıb. Bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. “O ki qaldı birinci reaktorun işə salınmasına, biz çox vacib mərhələdəyik. İşlərin 95%-i başa çatdırılıb, gələn il “Akkuyu”da ilk elektrik enerjisinin istehsalına başlamağı ümid edirik. Məqsədimiz budur. Əlbəttə, […]

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dollar və ya 0,48 % artaraq 66,54 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 64,41 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri […]

Ceyhun Bayramov Hakan Fidanla görüşüb – YENİLƏNİB

Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə […]