Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində mənimsəmə faktı üzrə cinayət işi açılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb. APA-nın əldə etdiyi məlumata görə, Baş Prokuroluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsənə faktı ilə […]

İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan üzrə ticarət elçisi Lord Olderdaysı qəbul edib. Lord Olderdays Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısını təbrik edib. Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycanla Ermənistan […]

Bu məhsullar bahalaşıb

2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 105,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,1 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, […]

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Nazirlər Kabineti bu barədə qərar verib. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Keyfiyyət informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili, saxlanması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat […]

Nazir: Azərbaycan mədəniyyəti ilə bağlı yeni yanaşmalar hazırlanır

“Azərbaycanın zəngin mədəni tarixi var və bu mədəniyyət Azərbaycan dövlətçiliyinin formalaşmasında ciddi və əsaslı təsirə malik olub”. Bunu mədəniyyət naziri Adil Kərimli “Mədəniyyət və Hüquq: Müasir Çağırışlar Forumu”nda açılış nitqi zamanı deyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin də dövlət siyasətində mədəniyyət anlayışı ana xəttə malikdir: “Onun Azərbaycan mədəni dəyərlərinin […]

Gəncədə dönərdən zəhərlənən 8 şagird evə buraxılıb – YENİLƏNİB

Ötən gün saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. […]

Lerikdə avtomobil dərəyə aşıb, sərnişin ölüb

Lerikdə yol kənarında dayanmış avtomobil dərəyə aşıb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə ötən gecə axşam saatlarında baş verib. Belə ki, Lerik rayonunun Tikaband kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında saxlayaraq maşından düşüb. Bu zaman minik avtomobili hərəkətə gələrək dərəyə aşıb. […]

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub – YENİLƏNİB

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub. Söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilib. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulanıb. Siyasi […]

Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz olmayacaq

Sabah Corat və Qobu qəsəbələrinin bəzi ərazilərində qaz tachuzatı dayandırılacaq. “Azəriqaz”dan verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində və Abşeron rayonu, Qobu qəsəbəsi Q.Xaliqov küçəsində qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar 10.12.2025-ci saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir

ABŞ-nin Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ-nin Ukrayna münaqişəsini sonlandırmaq barəsində təklifini oxumağı məsləhət görüb. Bunu Tramp “Politico”ya verdiyi müsahibədə bildirib. “Zelenski təklifi oxumalıdır. Əgər onlar razılaşmanı oxumurlarsa, Rusiya ilə işləri çətin olacaq, çünki Rusiyanın üstünlüyü var. Onlar daha çoxdurlar və daha güclüdürlər”, – D.Tramp deyib. Avropa ölkələrinin […]