Sabah səhər saatlarından başlayaraq iyulun 27-si axşam saatlarına qədər Bakıda bəzi ünvanlarda yol təmir işləri aparılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaq. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar: – […]
Türkiyədə bələdiyyə sədri faciəli şəkildə öldü
Türkiyənin Yozqat vilayətinin Yenifakılı şəhərinin bələdiyyə sədri Musa Sarıaslan yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Qeyd olunur ki, MHP-dən seçilən Musa Sarıaslanın xidməti avtomobili yoldan çıxaraq tarlaya girib. Hadisə yerinə gələn həkim heyəti bələdiyyə başçısının öldüyünü qeydə alıblar.
Bakıda 68 yaşlı kişi səhər tezdən dənizdə batdı
Bakıda kişi dənizdə batıb. Hadisə bu gün səhər saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb. 68 yaşlı Abbas Baba oğlu Qəmbərov səhər tezdən dənizdə boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakı üzrə bağçalara növbəyə yazılma prosesinə başlanılıb
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə start verilib. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, saat 11:00-dan etibarən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün valideynlər elektron qaydada növbə yarada biləcəklər. 2020 və 2021-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat […]
Vüqar Qurbanov baş direktoru işdən çıxardı – FOTO
“Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunub. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, bundan əvvəl Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Məlumata görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə […]
Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası ilə memorandum imzalayacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edəcək. Səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır. Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası […]
Azərbaycan neftinin qiyməti 70 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,22 ABŞ dolları, yaxud 1,76 % artaraq 70,41 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 70,80 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. Bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub. Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb. Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb. Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq
Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, […]
İdlibdə partlayış nəticəsində dörd nəfər ölüb, 100-dən çox yaralı var – YENİLƏNİB
Suriyanın İdlib vilayətinin Maarat-Misrin yaşayış məntəqəsində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, daha 116 nəfər yaralanıb. Bu barədə SANA agentliyinə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Onların arasında qadınlar və uşaqlar var. Məlumata görə, bunlar ilkin məlumatlardır, ölənlərin sayı arta bilər. Xilasetmə briqadaları hadisə yerində işləyir. […]