Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Gu barədə o, “X” hesabında paylaşım edib. “Can Azərbaycanın 15 İyun – Milli Qurtuluş Gününü ən səmimi duyğularımla təbrik edir, bir millətin iki dövləti, tək ürəyi daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və sevgilərimi çatdırıram”, -deyə […]
Bakıda 31, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda iyunun 16-da havanın 32 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu […]
KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livandan çıxmayacaq və Hizbullaha qarşı əməliyyatlara davam edəcək. “Ynet”in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığında deyib. Məlumatlı mənbələr bildirib ki, Netanyahu Trampa İsrail ordusunun Livanda ələ keçirdiyi mövqeləri əlində saxlayacağını və Hizbullaha məxsus infrastrukturun məhv edilməsinə davam edəcəyini […]
Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir.Bu barədə Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyilir. “Ötən il Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin paraflanması Cənubi […]
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun – Milli Qurtuluş Günü münasibətilə sosial media hesablarında paylaşım edib.Həmin paylaşımı təqdim edirik:
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub.Həmin paylaşımı təqdim edirik:
Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.33 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasında Heydər Əliyev Milli Məclisin Sədri seçilib. Həmin gün Ulu Öndər çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi […]
İsrail Livanın cənubunda “Hizbullah”ın 70-dən çox obyektinə zərbələr endirib
İsrail son sutka ərzində Livanın cənubunda “Hizbullah” hərəkatının 70-dən çox obyektinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir. Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğuları və binalar olub. Bundan başqa, “Hizbullah”ın bir neçə döyüşçüsünün öldürüldüyü bildirilir.
Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb
Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb. Bu barədə Niderlandın NOS portalı xəbər verir. Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanın pəncərələri və qapıları, videomüşahidə kamerası sındırılıb, iğtişaş iştirakçıları binaya daxil olublar. İzdihamın dağıdılmasına iğtişaşlara qarşı mübarizə üzrə xüsusi […]
Bakıda Şimali Kiprin Mədəniyyət Günü keçirilir
Bakıda Şimali Kiprin Mədəniyyət Günü təşkil olunub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan Mədəniyyət Gününün açılışında Şimali Kiprin Baş naziri Ünal Üstel və rəhbərlik etdiyi nümayəndə heyəti, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqaner, Milli Məclisin üzvləri və digər rəsmilər iştirak edib. Açılış nitqi ilə çıxış […]