Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib. Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib. Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin […]
“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb – XƏBƏRDARLIQ
Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir. Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb-səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur. Elektron […]
İcra başçısı ilə birgə tutulan idarə rəisi azadlığa buraxıldı
Kürdəmir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov azadlığa buraxılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Emin Sadıqov cəzasının 2/3 hissəsini çəkdiyi səbəbindən qalan məhkumluq müddəti şərti hesab olunub. O, cəzaçəkmə müəsisəsindən azadlığa buraxılıb. Qeyd edək ki, E. Sadıqova son olaraq 2 il […]
Qadın atraksiondan yıxılıb öldü – Xırdalan parkında dəhşət
Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb. Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, […]
Düşmən Daşkəsən, Xocalı və Şuşanı ATƏŞƏ TUTDU
Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni […]
DYP-dən məktəbli ekskursiyası təşkil edənlərə MÜRACİƏT
Baş Dövlət Yol Polisi İdarəsi məktəbli ekskursiyalarının təşkili ilə bağlı valideynlərə müraciət edib. Müraciətdə deyilir: “Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır. Lakin, təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir ki, bu zaman […]
“Qaraiman yaşayış məntəqəsinin atəşə tutulması həqiqətə uyğun deyil” – MN
İyunun 9-u saat 22:50-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan və minaatanlardan atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəfin yaydığı bu […]
“İctimai iştirakçılıq haqqında” qanununa dəyişiklik təsdiqləndi
Prezident İlham Əliyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanunda deyilir:
Orxan Fikrətoğlu vəzifəsindən azad edildi
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən ayrılıb. Bu barədə Agentlik məlumat yyaıb Bildirilib ki, o, öz ərizəsi ilə işdən çıxıb. Qeyd edilib ki, onun yerinə hələlik təyinat yoxdur.
Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq – SƏRƏNCAM
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi […]