Cari ilin yanvar-may aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyon 179,9 min manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 8,3 faiz artıb. Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi […]
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
İyunun 17-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Depressiya yarada biləcək ƏRZAQLAR
Ekspertlər depressiya yarada biləcək ərzaqların adlarını açıqlayıblar. Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sağlam qida üzrə tanınmış ekspert Katerina Quru depressiya yaradacaq ərzaqların arasında ilk sırada meyvə şirələri və şəkər tərkibli məmulatların yer aldığını bildirib. Qurunun dediyinə görə, kağız qablaşdırmadakı meyvə şirələri şəkərlər reaksiyaya girərək qlükozanın miqdarını kəskin artırır. Nəticədə qana […]
Dolu düşəcək, leysan yağacaq – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında iyunun 18-i gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. […]
Ağstafada hərbçilər qəzaya düşdü – YARALILAR VAR
Ağstafa rayon Vurğun qəsəbəsində hərbçilər qəzaya düşüb. “Unikal”ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə “VAZ” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayonun Köçəsgər kənd sakinləri 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan […]
Əhməd Əhmədzadənin rəis olan qardaşı oğlu işdən çıxarıldı – YENİ TƏYİNAT
Sumqayıt Gömrük İdarəsində yeni təyinat olub. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib. Nəzərə çatdıraq ki, sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini […]
Prezident onları təltif etdi – Siyahı
[center][img]https://azadmedia.az/uploads/posts/2023-06/1686920074_ilham__2_.jpg[/img][/center] Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər: Ağayev Hafiz Ağalar oğlu Cəlilov Etibar Yəmli oğlu Əkbərli Azər Aprel oğlu Əliyeva Yeganə Agabala qızı Əsgərov Niyazi Mustafa oğlu Hüseynova Laləxanım Muxtar qızı […]
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır – SƏRƏNCAM
Prezident İlham Əliyev “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. “Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, […]
İşsizlikdən sığortaya dəyişikliklər sonuncu oxunuşdan keçdi
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəni parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. İşsizlikdən sığorta fondunun (İSF) dürüstləşdirilmiş büdcəsində gəlir və xərclərin 5 milyon manat artırılaraq 212,7 milyon manatdan 217,7 […]
Deputat buna görə Təhsil Nazirliyini TƏNQİD ETDİ
” Təəssüflər olsun ki, “Son zəng” zamanı kriminla mahnılar daha çox səslənib. Bilmək istəyirəm ki, Təhsil Nazirliyində və məktəbdə olan şəxslər hara baxırlar?” Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. Deputat bildirib ki, nədən məktəblilərin bu sahəyə marağının qarşısını ala bilmirik: “Başa düşdük, məktəbli kənarda qulaq […]