Azər Nəriman oğlu Xəlilov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Azər Xəlilov Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Azər Xəlilov Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidentidir.
Azərbaycan-Qətər arasında hərbi-texniki sahədəki əməkdaşlıq inkişaf etdirilir
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələrinin təşkil etdiyi 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətində verilən məlumata görə, səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin […]
Səhhətim normaldır, özümü yaxşı hiss edirəm – Ruslan Pənahov
“Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm”. Bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: “Bilirdim ki, məni əsirlikdən xilas edəcək”.
Ermənistana keçən hərbçimiz Bakıya GƏTİRİLDİ – VİDEO
Laçında əlverişsiz hava şəraitində azan hərbçimiz Ruslan Pənahov Azərbaycana təhvil verilib. O, artıq Bakıya gətirilib. Hərbçimizi gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib. Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti […]
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!
“Qarabağ” Bakıda Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb. Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib. Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə […]
Rasim Balayev yeni yaradılan qurumun sədri seçildi
Xalq artisti Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Bu barədə Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə baş tutan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsilə bağlı keçirilən konfransda yekdilliklə qərar qəbul olunub. XXX Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi […]
Təhsil müəssisələrində psixoloq ştatlarının artırılmasına ehtiyac var
Uşaqlara qarşı zorakılığın mənfi nəticələri, zorakılığın yolverilməzliyi və ondan müdafiə mexanizmləri barədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinə, peşəkar və ixtisaslaşmış psixoloqlar cəlb edilməklə təhsil müəssisələrində mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılmasına son dərəcə böyük ehtiyac vardır. Bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisdə “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının İnsan […]
Türkiyə kəşfiyyatından ŞOK ƏMƏLİYYAT: MOSSAD-ın 7 casusu ələ keçdi
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) və İstanbul Polisinin Terrorla Mübarizə Şöbəsi keçirdikləri birgə əməliyyat zamanı İsrailin kəşfiyyat orqanına (MOSSAD) işləyən 7 casusu yaxalayıb. Saxlanılan şəxslərdən birinin televiziya kanalında səhər proqramlarına qatılan və özəl detektiv işləyən Həmzə Turhan Ayberk olduğu müəyyən edilib. Ayberk pul qarşılığında MOSSAD-a məlumat sızdırıb və aldığı təlimat […]
Magistr olmaq istəyənlərin nəzərinə!
“Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır: “Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında […]
Bu marşrut üzrə xəttə 10 əlavə qatar reysi təyin edildi
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib. 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da […]