“Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina var”. Bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib. Baş nazir qeyd edib ki, ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 […]
Xanlar Vəliyev Şuşa və Xankəndidə olub – Fotolar
Novruz bayramı ərəfəsində Baş prokurorun müavini – respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Şuşa və Xankəndidə yerləşən hissə və bölmələrdə olub. Xanlar Vəliyev Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birlikdə bayram tədbirlərində iştirak edib. Hərbçiləri Novruz bayramı münasibətilə təbrik edən X. Vəliyev çıxışında bildirib ki, Prezident İlham Əliyevin yüksək […]
Qəza törədən 21 yaşlı tələbəyə 5 il həbs verildi
Ötən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib. Hadisə ilə bağlı açılmış cinayət işi üzrə materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdən kənar […]
Rusiyada prezident seçkiləri keçirilir
Rusiyada prezident seçkilərinə start verilib. Paytaxt Moskvada 2200-dən çox seçki məntəqəsi açılıb. Ölkə üzrə seçki məntəqələri hər gün yerli vaxtla 08:00-dan 20:00-a qədər açıq olacaq. Seçicilər məntəqələrdə ya kağız bülletenlərlə ənənəvi qaydada, yaxud da elektron səsvermə terminallarından istifadə edərək səs verə bilərlər. Rusiya və ölkədən xaricdə olan 114 milyondan çox […]
Bu gün Nərimanovda qaz olmayacaq
Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumatı yayıb Məlumata görə, Nərimanov rayonu, Keşlə qəsəbəsi, H.Əliyev prospekti 193 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov […]
Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu – Qurban Qurbanov
Bu turnirdəki oyunlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyada “Bayer 04″ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib. 51 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib: “Sonadək ağır mübarizə […]
Fransalı senator: Hazırda dünyada beynəlxalq hüquq işləmir
Hazırda dünyada beynəlxalq hüquq işləmir. Bunu Fransa Senatının üzvü Natali Qule ( Nathalie Goulet) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib. Onun sözlərinə görə, gələcək reallıqdadır: “Ancaq hazırda real politikada lobbiçillik hökm sürür. Dünyanın belə vəziyyətə gəlməsinə səbəb liderliyin olmamasıdır. Nəyi düzgün etdiyimizi bilmirik. […]
Binəli Yıldırım: Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır
Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi. Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Türkiyənin tanınmış siyasətçisi Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib. O bildirib ki, Ankara Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və […]
Vilayət Eyvazov daha iki rayona rəis təyin etdi
Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib. Bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Sabunçu RPİ-nin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis […]
İlham Əliyev 2 fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 noyabr tarixli 2340 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.Fərmanın mətnini təqdim edirik: Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 […]