Tələbə qız özünü xəstəxananın dördüncü mərtəbəsindən ATDI

alfonsonri

Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. Dogrusoztv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü dördüncü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib. Hadisə yerinə polis və prokurorluq […]

Ramazan ayının təqvimi açıqlanıb – FOTO

alfonsonri

Ramazan ayının təqvimi açıqlanıb.Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər. Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qədr (Əhya) gecələrinə gəlincə, […]

İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma oldu

alfonsonri

Pakistanda keçmiş baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında toqquşma olub. Xanın tərəfdarları keçmiş Baş nazirin iqamətgahının qarşısında polisə müqavimət göstəriblər. Bununla da, polis növbəti dəfə  İmran Xanın həbsinə nail ola bilməyib.  Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çoxlu nümayişçi saxlanılıb. 

İlham Əliyev Türkiyəyə səfər edəcək

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.  Ölkə başçısı Türk Dövlətləri Təşkilatının mart ayının 16-da Ankarada keçiriləcək fövqəladə sammitində iştirak edəcək. Sammitdə iştirak etməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi dəvət edib.  Qeyd edək ki, sammit Azərbaycanın təklifi ilə təşkil olunub və proqramın sonunda dövlət başçıları “Ankara […]

Ermənilər Kəlbəcər, Daşkəsən, Xocalı və Xocavəndi ATƏŞƏ TUTDU

alfonsonri

Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa […]

Prezidentdən Anarla bağlı – Sərəncam

alfonsonri

Prezidenti İlham Əliyev Xalq yazıçısı Anarla bağlı Sərəncam imzalayıb. Dogrusoztv.az xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, ötən gün Anarın 85 yaşı tamam olub.

Azərbaycan Mətbuat Şurası – 20 il

alfonsonri

Bu gün Azərbaycan Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam olur. 15 mart 2003-cü il tarixdə ölkə jurnalistlərinin I qurultayında yaranmış Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Mətbuat Şurası fəaliyyətinin ilk günlərindən ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq […]

Ali məktəblərə sənəd qəbulunda REKORD – 102 min

alfonsonri

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. 15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü […]

İranda Novruz çərşənbələrində 19 nəfər ölüb

alfonsonri

İranda Novruz çərşənbələri zamanı 2834 nəfər xəsarət alıb, daha 19 nəfər həlak olub. Dogrusoztv.az İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə, ən çox yaralı sayı isə Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində qeydə alınıb.Bununla yanaşı, ümumilikdə çərşənbələr zamanı İranın 29 […]

Ərdoğanın sözçüsü ABŞ-da Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi

alfonsonri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutub. Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub. Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji […]