“Azərbaycana məxsus olan və indiki Ermənistan ərazisində yerləşən mədəni-tarixi irs, o cümlədən məscidlər və qəbiristanlıqlar dağıdılıb, toponimlər dəyişdirilib”. “Report”un xəbərinə görə, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, 1988-1991-ci […]
Qusarda evdə partlayış: Xəsarət alan var
Qusar rayonunda evdə partlayış olub. Hadisə Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evində baş verib. Partlayış zamanı 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mkrn dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri […]
Ağdamda 2 nəfər minaya düşərək HƏLAK OLDU
Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər. DİN-in mətbuat xidmətindən bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər. Araşdırma aparılır.
“Can Azərbaycan fövqəladə toplantı keçirilməsini təklif etdi” – Çavuşoğlu
“Tarix sürətlə gedir. Biz məsləhətləşmələrimizi intensivləşdirməliyik. Can Azərbaycan bunu nəzərə alaraq Təşkilatımıza Fövqəladə Zirvə Toplantısı təşkil etməyi təklif etdi. Özbəkistan prezidentliyi dövründə də bizə ev sahibliyi etmək şərəfini təklif etdi. Zirvəmizi başqa gündəmlə toplamaq istərdik. Lakin biz əsrin fəlakəti ilə əlaqədar olaraq “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunu […]
Türkiyədə sel nəticəsində ölənlərin sayı artdı
Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 15-ə çatıb. İtkin düşən beş nəfərin axtarışları davam edir.
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri İŞDƏN ÇIXARILDI
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Dogrusoztv.az “Report”a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində […]
Türk dünyasının diqqəti Ankarada – Bu gün liderlər görüşəcək
Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban […]
Laçın-Xankəndi yolundakı aksiyanın 95-Cİ GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 95 gündür davam edir. Aksiya iştirakçıları gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində heç bir insident baş verməyib. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. […]
Bakıda restoranda musiqi sifarişinə görə dava düşdü – Ölən və yaralanan var
Martın 16-da saat 03 radələrində paytaxtın Nəsimi rayonunda 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin kəsici-deşici alətlə öldürülməsi və 1994-cü il təvəllüdlü Camal Həsənovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlinini törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib, onların saxlanılması istiqamətində tədbirlər görülür. Hadisə […]