Martın 20-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Avropa İttifaqının (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, BMT, digər beynəlxalq təşkilatlar, o cümlədən […]
Azərbaycana yaz gəldi…
Azərbaycana yaz fəsli daxil olub. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub. Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib. Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.
Mehriban Əliyevadan Novruz bayramı paylaşımı
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Mehriban Əliyeva bununla bağlı öz instaqram hesabında paylaşım edib. Paylaşımda deyilir: “Əziz bacılar və qardaşlar! Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç […]
Azərbaycanda Novruz bayramıdır
Azərbaycanda Novruz bayramı qeyd edilir. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı […]
Düşmən Zəngilanda mövqelərimizi atəşə tutdu – YARALIMIZ VAR
Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Təxribat nəticəsində DSX-nin […]
Azərbaycan Prezidentindən Novruz bayramı ilə bağlı paylaşım – FOTO
Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib. Paylaşımı təqdim edirik
Günün fotosu…
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində sakinlərlə görüşüb söhbət ediblər.Sakinlərlə görüşdə təsirli fotolar lentə alınıb. Həmin fotoları təqdim edirik:
İlham Əliyev və ailəsi Novruz tonqalını alovlandırdı – Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonunun Talış kəndində görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Talış kəndində Xatirə daşına baxış keçiriblər. Dövlət başçısı Talış kəndində görülən işlərlə tanış olub, Novruz tonqalını alovlandırıb və Azərbaycan […]
“Bütün dünya sizinlə bacara bilmədi” – Sakindən İlham Əliyevə
“Allaha şükür burada çox gözəl həyat olacaq. Siz çoxuna layiqsiniz, 30 il əziyyət çəkdiniz orada-burada, yataqxanalarda, çadırlarda. İndi bax belə gözəl şəraitiniz var”. Bunu Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndinə səfəri zamanı sakinlərlə görüşdə deyib. Sakinlərdən biri isə, – “Allah şəhidlərimizə rəhmət eləsin. Ən çox əziyyəti Siz çəkdiniz, cənab […]
“Borcumuz idi bu torpaqları geri götürmək” – İlham Əliyevin sakinlərlə səmimi söhbəti
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtərin Talış kəndində Klub icma mərkəzində yaradılan şəraitlə tanış olub, kənd sakinləri ilə görüşüb söhbət ediblər. Prezident, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar. Dövlət başçısı və birinci xanım Talış […]