Xankəndi şəhəri 4 N-li, Xocalı və Şuşa şəhəri 1 N-li tam orta məktəblərdə, Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə buraxılış imtahanı keçiriləcək. Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, martın 2-də işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı […]
Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı – Fotolar
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.
“Bəyannamədə Ermənistandan qovulan azərbaycanlılarla bağlı çağırış edilib”
“Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib”. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb. “APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların […]
Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb
Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir. Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib. Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb: “Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə […]
Ramazan təqvimi və gündəlik DUALARI
Sabah Azərbaycanda Ramazan ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası fevralın 27-də fətva verib. Ramazan ayının təqvimini və gündəlik duaları təqdim edirik:
Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK
Bu gün Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrinin qaz təchizatı dayandırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz […]
Qar yağacaq, yollar buz bağlayacaq – Günün havası
Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, Səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1° şaxtadan […]
Erməni saxtakarlığının hamisi, müdafiəçisi Zatulin – zühur edən “qırxıqbaş” – ŞƏRH
Rusiyanın başqa dövlətlərlə münasibətinin korlanması üçün üçüncü, dördüncü və sair qüvvələri axtarmağa ehtiyac yoxdur. Belələri hakimiyyətə yaxındır, yəqin elə onların bir qisminin acıq, hikkə və kinini ifadə edir. Rusiya Dövlət Duması xarici işlər, MDB ölkələri və həmvətənlərlə işlər üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin çıxış, mövqe və açıqlamaları ilə […]
Azərbaycanda daha 3 gün qar yağacaq – XƏBƏRDARLIQ
Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq. Fevralın 28-də bəzi şərq rayonlarında, […]
8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ
8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsil müəssisələrinə təlimat göndərilib. Təhsil müəssisələrinin rəhbərlərinə təlimata əməl olunmasının zəruriliyi vurğulanıb, müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Bakıda yerləşən orta məktəblərin rəhbərləri ilə görüş keçirilib. Qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın […]