Bakının bu ərazilərinin qazı KƏSİLƏCƏK

Oxunma vaxtı:26 Saniyə

Bu gün Bakının Binəqədi və Yasamal rayonlarının bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun R.İsmayılzadə, N.Həşimi, X. Natavan küçələrinin həmçinin Yasamal rayonunun Şəfayət Mehdiyev küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Ramazan təqvimi və gündəlik DUALARI

Sabah Azərbaycanda Ramazan ayı başlayır. Bununla bağlı Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası fevralın 27-də fətva verib. Ramazan ayının təqvimini və gündəlik duaları təqdim edirik: