Bakıda, yanvarın 8-də”Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışı – Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Sizin hamınızı ürəkdən salamlayıram. Bu gün ölkəmizin […]
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq. “Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, […]
Pakistan və Səudiyyə Ərəbistanı JF-17 qırıcılarının alınması üzrə danışıqlar aparır
Pakistan və Səudiyyə Ərəbistanı təxminən 2 milyard dollar həcmində Səudiyyə kreditinin JF-17 “Thunder” qırıcı təyyarələrinin alınması üzrə sazişə çevrilməsi ilə bağlı danışıqlar aparır. Bu barədə “Reuters“ məlumat yayıb. Məlumata görə, sözügedən addım ötən il iki ölkə arasında imzalanmış qarşılıqlı müdafiə sazişindən sonra Pakistan və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlığın daha […]
Tramp ICE əməliyyatı zamanı qadını öldürənləri müdafiə edib
Minnesotanın Minneapolis şəhərində ABŞ İmmiqrasiya və Gömrük Polisinin (ICE) əməliyyatı zamanı bir qadın güllələnərək öldürülüb. Bu barədə “Associated Press“ ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb. Rəsmi məlumata görə, qadın avtomobillə ICE əməkdaşlarını vurmağa cəhd edib və polis özünü müdafiə məqsədi ilə atəş açıb. Baş verən hadisə Minneapolis meri Ceykob […]
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilir, İlham Əliyev tədbirdə çıxış edir
Bakıda, Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları və ya 1,72 % azalaraq 64,6 ABŞ dolları təşkil edib.Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 61,89 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]
DYP: Dumanlı hava avtomobillərin hərəkətini çətinləşdirir, qəza riskini artırır
Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, hazırda paytaxtda və ölkə ərazisinin bəzi bölgələrində müşahidə olunan qatı duman avtomobil yollarında görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə […]
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb – SƏRƏNCAM
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna, Bakı şəhəri Dağ yəhudiləri […]
Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif edib
Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, aşağıdakı şəxslər təltif ediliblər: “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə Novruzov Cahangir Mütəllib oğlu “Şöhrət” ordeni ilə Aşina Məsud Rüstəm oğlu “Dostluq” ordeni ilə Acar […]
Dələduzluqda ittiham olunan şirkət direktoru həbsdə vəfat edib
Bakıda ev satmaq adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunan “Avro Qrand” MMC-nin keçmiş direktoru Xanlar Cəfərov həbsdə vəfat edib. Bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məhkəməyə göndərilmiş sənəddə bildirilib. Sənəddə qeyd edilib ki, Xanlar […]