Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən […]

Ceyranbatan qəsəbəsində 1200 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq. Bu barədə  “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib. Qeyd olunub ki, qəsəbə ərazisində diametri 89 millimetr olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə iyunun 23-də saat 11:30-da başlayacaq təmir-bərpa işləri ilə əlaqədar 1200 abonentin qaz təchizatında fasilə yaranacaq. […]

Mərakeş səfiri: Qafarova və Qayatın görüşü iki ölkə arasında qardaşlıq əlaqələrini bir daha təsdiqləyib

Milli Məclisin sədri Sahibə Qafarovanın Mərakeş Krallığı Nümayəndələr Palatasının sədrinin müavini Məhəmməd Qayatla danışıqları ölkələr arasında qardaşlıq münasibətlərinin yüksək səviyyəsini təsdiqləyib. Bu barədə Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş öz feysbuk səhifəsində yazıb. Diplomat vurğulayıb ki, Sahibə Qafarova və Məhəmməd Qayatın görüşü Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci […]

XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir

Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir. Bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin “X”dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb. “23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, […]

Bakıda 6 istiqamətdə tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində; 4. Sabunçu-Zabrat şosesi, “Koroğlu” […]

Azərbaycanda QHT layihələri “bir pəncərə” prinsipi ilə maliyyələşdiriləcək

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və […]

Hindistanda baş verən yanğın nəticəsində 15 nəfər ölüb

Hindistanın şimalındakı Lakhnau şəhərində yerləşən tədris mərkəzində baş verən güclü yanğın nəticəsində 15 nəfər həlak olub. Yerli xəstəxanada bu məlumatı təsdiqləyiblər. Mövcud məlumatlara görə, kommersiya obyektinin daxilində baş verən yanğın sürətlə yayılıb və bir saatdan çox davam edib. Hadisənin şahidləri qeyd ediblər ki, bir neçə nəfər özünü binanın pəncərələrindən aşağı […]

Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

İyunun 22-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 15 (dekorativ tətbiqi sənət ) , Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə […]

Azərbaycanla Türkmənistan faydalı qazıntılar və enerji ehtiyatları ilə bağlı səylərini birləşdirmək niyyətindədir

Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla mətbuata bəyanatla çıxış edərkən deyib. Dövlət başçısı deyib ki, belə olan halda hər iki ölkə səylərini birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindədir.