FHN-in mobil tətbiqi istifadəyə verilib

Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, mobil tətbiq müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil […]

Leyla və Arzu Əliyevalar Tiranada MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışına qatılıblar

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər. Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb. O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin […]

Ali təhsil müəssisələrinə qəbul imtahanına qeydiyyat prosesi başlayır

Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır. Bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb. Qeydiyyat prosesi martın 5-dək davam edəcək. Bundan əlavə, əvvəlki illərin […]

Şahbuzun Biçənək kənd yoluna qaya uçub

Yağan güclü qar və yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda qaya uçqunu baş verib. “Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində Zərnətün körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb. Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub. […]

Vardanyan cəzasına çatdı: Azərbaycan məhkəməsi sülhə qarşı çıxanlara dərs keçdi – ŞƏRH

Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistanın daha bir vətəndaşına fevralın 17-də hökm oxunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri üzrə və başqa ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun qərar […]

İran Hörmüz boğazını bağlayır

İran hərbi təlimlər zamanı Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq. Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. Agentlik bildirib ki, bu gün “Hörmüz boğazının ağıllı idarə olunması” dəniz təlimləri zamanı təhlükəsizlik və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün Hörmüz boğazının bəzi hissələri bir neçə saatlıq bağlanacaq. İran […]

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi 

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb. İclasın gündəliyinə 10 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli […]

Keçmiş azərbaycanlı diaspor sədrinə 23 il İŞ İSTƏNİLDİ

Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə 23 il həbs cəzası istənilib. Dövlət ittihamçısı iki cinayətdə ittiham olunan Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski üçün 23 il həbs cəzası istəyib. Təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən xəbər verir ki, cinayət işi yekunlaşmaq üzrədir və Sverdlovsk Vilayət Məhkəməsində yekun çıxışlar olur. Şahin Şıxlinski, Səfərov […]

Bakıdakı yanğın məhdudlaşdırıldı: xəsarət alan var – YENİLƏNİB

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasındakı yanğın məhdudlaşdırılıb. Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib. FHN rəsmisi bildirib ki, bina taxta konstrukdiyadan ibarət olduğu […]