Bu gün Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Deputat məktəblərdə skuter və velosipedlərlə bağlı təlim keçirilməsini təklif edib
“Skuter və velosipedlərdən geniş istifadənin tərəfdarıyam”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat qeyd edib ki, ancaq bir çoxları bu nəqliyyat növlərinə əyləncə kimi yanaşır: “Bəzən bu səbəbdən qəzalar baş verir. Təklif edirəm ki, Elm və Təhsil Nazirliyi bütün məktəblərdə təlimlər keçsin, bildirilsin ki, skuter […]
İsrail 11 HAMAS üzvünü azad edəcək
İsrail 11 HAMAS üzvünü azad edəcək. Bu barədə İsrail ordusunun radiosunda məlumat verilib. Bildirilib ki, razılaşmada 11 məhbusun “Fatah” təşkilatından seçilməsi nəzərdə tutulmuşdu, lakin son anda bu qərar dəyişdirilib və azad olunacaq məhbusların HAMAS-dan olması məqsədəuyğun hesab edilib. Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən HAMAS atəşkəsdən 72 saat sonra […]
“Azərbaycanfilm”in direktor müavini və aparat rəhbəri işdən çıxarılıb
“Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər olub. Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib. Məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər.
Dövlət xidmətləri haqqında qanuna niyə ehtiyac yaranıb? – Deputat izah etdi
“Hər bir şəxs dövlət xidmətlərindən bu və ya digər şəkildə istifadə edir. Bu mənada xidmət sahəsində islahatlar hər zaman zəruridir. Bu sahədə təcrübələr ölkələrə və cəmiyyətlərə görə dəyişsə də ümumi yanaşmada peşəkar komandanın yaradılması, vətəndaş məmnunluğu və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi prinsipləri heç vaxt dəyişmir”. Bu sözləri Milli Məclsiin deputatı […]
Küçə və meydanlara ad verilməsi qaydası DƏYİŞİR
Prospekt, küçə, meydanlara ad verərkən dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək. Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edək ki,bundan əvvəl prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib […]
Sabah Bakının əsas giriş yollarından biri BAĞLANIR
Oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə […]
Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakının bu ərazisində qaz KƏSİLƏCƏK
Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Tovuzda yol qəzası olub, 4 nəfər xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]