Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Avqustun 1-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar. […]

Azərbaycan Rusiyaya nota verdi

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.Xarici İşlər Nazirliyindən DoğrusözTV.Az-a verilən məlumata görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına […]

Ermənistanın Azərbaycan Ordusu tərəfindən atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur – MN

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda deyilir. Bildirilir ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb.

İdarələrarası Mərkəzin İşçi qruplarının Hadrutda keçirilən birgə iclasında Qarabağda görülən və görüləcək işlər müzakirə edilib (FOTO)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilib. Toplantıda İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və […]

MN açıqlama yaydı, Ermənistan sözünü dəyişdi

Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında ötən gün gecə saatlarında guya Azərbaycan PUA-larını vurmaları barədə yaydığı xəbəri Azərbaycan Müdafiə Nazirliyi dərhal, 02:22-də təkzib etməsindən sonra İrəvan “düzəliş” etmək məcburiyyətində qalıb.Axar.az xəbər verir ki, Azərbaycan ordusuna məxsus PUA-nın Ermənistan MN Geqarkunik istiqamətində “sərhədi keçməyə cəhd etdiyini” iddia edib. Bildirilib ki, Ermənistan […]

Azərbaycan Türkiyəyə 500 nəfərlik heyət, helikopterlər, lazımi avadanlıq və ləvazimatlar göndərir

İyulun 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Doğrusöztv.Az bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. […]

Müavinət və təqaüdlər artırılacaq – Sədr müavini

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır. Doğrusöztv.Az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur. “2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən […]

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Doğrusöztv.Az xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir. Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli […]

Prezident İlham Əliyevin tapşırığı ilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək – Hikmət Hacıyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək. Doğrusöztv.Az -ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi deyib: “Bununla əlaqədar […]