Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə verib. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan […]
Xınalığa 20 sm qar yağıb, dağlıq rayonlarda şaxta olub – FAKTİKİ HAVA
Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 10:00-a olan məlumatında qeyd edilib. Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75 %-i), Ağdamda 19 mm (aylıq normanın 39 […]
Buzovnada ticarət mərkəzi yanıb
Buzovnada ticarət mərkəzi yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri […]
UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilir
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək.İlk oyun günündə iki görüş baş tutacaq. “Borussiya” doğma meydanda “Barselona”nı qəbul edəcək. PSJ isə səfərdə “Aston Villa”nın qonağı olacaq. UEFA Çempionlar Liqası 1/4 final, cavab oyunları 23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) İlk oyun – 0:4. 23:00. […]
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür
Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür.Akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salırığ. Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün […]
Rusiyadan 25 əcnəbi deportasiya ediləcək
Moskvanın şimalında keçirilən reyd zamanı polis Rusiyada yaşayış rejimini pozan 25 xarici vətəndaşı aşkar edib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 10-da polis əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölmələri və “Rosqvardiya” ilə birlikdə paytaxtın Timiryazevski rayonunda yerləşən […]
Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, […]
Sabah Sulutəpə və Çiçək qəsəbələrində işıq olmayacaq
Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla […]
Peskov: Trampın Rusiyaya qarşı sanksiyaları uzatması gözlənilən idi
Kremldə ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyalar haqqında fərmanın müddətini uzatması ilə əlaqədar bildiriblər ki, başqa bir qərar gözləməyə dəyməzdi. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bazar ertəsi jurnalistlərə açıqlamasında bildirib. “Başqa bir qərar gözləməyə dəyməzdəi, xüsusilə də bu, kifayət qədər avtomatik hərəkətlərdir. Biz, yəqin ki, münasibətlərin […]
MN: Ermənistanın yaydığı məlumat yalandır, tamamilə dezinformasiya məqsədi daşıyır
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və nəticədə mədəniyyət mərkəzinə zərər yetirilməsi barədə Ermənistanın yaydığı məlumatın real əsası yoxdur, yalandır və tamamilə dezinformasiya məqsədi daşıyır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bildirilib Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə heç […]