Kursantların vəzifələri, eləcə də gizirlər, miçmanlar, zabitlərin hüquqlarına bir sıra dəyişikliklər edilib. Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə […]
Milli texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi milli texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsinə başlayıb. İctimai müzakirənin keçirilməsində əsas məqsəd texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında fəal iştirakının təmin edilməsi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət […]
Ötən həftə 889 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə iyunun 2-dən 9-na qədər 16 tank əleyhinə mina, 52 piyada əleyhinə mina, 129 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumata əsasən, 889,2 hektar ərazi minalardan təmizlənib. Qeyd […]
Medinskinin uğursuz müqayisəsi – niyə Ukraynanın işğal olunan əraziləri Qarabağ ola bilməz? – ŞƏRH
Rusiya prezidentinin köməkçisi, bu ölkənin Ukrayna ilə danışıqlarına rəhbərlik edən Vladimir Medinski yumşaq desək, təəccüb doğuran bəyanatla çıxış edib. O deyib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi bağlanmadan sadəcə atəşkəs əldə olunsa və cəbhəboyu münaqişə dayandırılsa, bura Ermənistanla Azərbaycan arasında “Qarabağ kimi mübahisəli əraziyə çevriləcək”.Maraqlıdır ki, Medinskinin təmsil etdiyi […]
Prezident İlham Əliyev DGK-nın yeni inzibati binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlət başçısına yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Dövlət Gömrük […]
Sabah 36 dərəcə isti olacaq
Azərbaycanda iyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər […]
Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən, indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial hesabında paylaşım edib. “Həmin […]
Sığortaçıların korporativ idarəetmə standartları dəyişib
Mərkəzi Bankın (AMB) İdarə Heyəti 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edib. AMB sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, sığortaçıda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Müvafiq məlumatlar mötəbərlik, […]
“Gənclik Mall”un qarşısıda daha bir yenilik: taksidən minib-düşə biləcəyik
Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) daha bir yenilik edilib. “Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub. Məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək. Xatırladaq ki, bundan […]
Sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndəriləcək
“Elektron Məhkəmə” İnformasiya Sistemi ilə Dövlət Vergi Xidmətinin informasiya sistemi arasında həyata keçirilmiş inteqrasiya nəticəsində yeni funksionallıq istifadəyə verilib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Belə ki, elektron kabineti olmayan sahibkarlar barəsində məhkəməyə verilmiş iddia ərizəsi ilə bağlı onlara onlayn bildirişin göndərilməsi mümkün olub. Kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron […]