“Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib”

“Venesuela Prezidenti Nikolas Maduro həyat yoldaşı ilə birgə ələ keçirilib və ölkədən çıxarılıb”. Bu barədə ABŞ Prezidenti Donald Trump “Truth Social” sosial şəbəkə hesabında yazıb. Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək […]

QMİ Həcc ziyarəti ilə bağlı çağırış edib

Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı çağırış edib. QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya bildirib ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilməsini ciddi şəkildə tələb edir: “Belə ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə […]

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.Bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilib. […]

Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb

Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik […]

Həsən Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Sultan oğlu Zeynalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, H.Zeynalov bu ordenlə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib. Qeyd edək ki, yanvarın 1-də H.Zeynalovun 75 yaşı tamam olacaq. O, […]

Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb. Bu barədə Akorda məlumat yayıb. Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya […]