Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə N nömrəli hərbi hissədə Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib. Doğrusöztv.Az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Vətən müharibəsi qaziləri, hərbi hissə komandanlığı, səyyar təşviqat qrupunun üzvləri və şəxsi heyət iştirak […]

Nazirlik Ermənistanın verdiyi mina xəritələrinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması xəbərlərinə aydınlıq gətirdi

Ermənistan tərəfindən Azərbaycana təhvil verilən Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov aydınlıq gətirib. Doğrusöztv.Az _ın məlumatına görə, Anar Eyvazov bildirib ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. İlk növbədə qeyd […]

Avropa Şurası Azərbaycanda bələdiyyə sahəsindəki irəliləyişləri alqışlayıb

Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin monitorinq hesabatında Azərbaycanda qeydə alınan müəyyən irəliləyişləri alqışlayıb. Doğrusöztv.Az bu barədə Avropa Şurasına istinadən məlumat verir. Qeyd olunur ki, hesabat 2021-ci ilin fevralında baş tutmuş səfərin yekunlarına əsasən hazırlanıb. Monitorinq sənədində Azərbaycan bələdiyyələrinin digər dövlətlərdəki bələdiyyələrlə əməkdaşlıq hüququnu təmin edən Xartiyanın ratifikasiyası vurğulanır. […]

Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb (FOTO)

Azərbaycan Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb. “Türkiyənin aparıcı şirkətlərindən olan “Zorlu” Holdinqlə Anlaşma Memorandumu imzaladıq” – deyə, o, paylaşımında qeyd edib. Məqalədə: Türkiyə Mikayıl Cabbarov anlaşma memorandumu

Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində xorvatiyalı həmkarı ilə görüşüb

Bu ilin 18 iyun tarixində Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazir Ceyhun Bayramov qarşı tərəfə post münaqişə mərhələsi və azad edilmiş […]

Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verildi

ƏSAS SƏHİFƏ XƏBƏR LENTİ RƏSMİ XRONİKA TREND TV SİYASƏT CƏMİYYƏT GÜNDƏM İQTİSADİYYAT DÜNYA XƏBƏRLƏRİ HADİSƏ İDMAN MƏDƏNİYYƏT HAVA PUL  AZ  Əsas səhifə Hadisə Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtarışa verildi HADİSƏ18 İyun 2021 14:34 (UTC+04:00) Bakı. Samir Əli – Trend: Laçın və Kəlbəcəri minalayan erməni polkovnik beynəlxalq axtyarışa […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib (FOTO/VİDEO)

İyunun 18-də Bakıda beşulduzlu “Intercontinental” otelinin açılışı olub. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Əvvəllər bu ərazidə “Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli “İntercontinental” oteli inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə […]

Daha bir neçə ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verildi – Operativ Qərargah

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək. Doğrusöztv.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir. Məlumatda deyilir: “Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir. Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər […]

Heydər Əliyev Fondu Şuşada “Qarabağın mədəni irsi” nəşrini təqdim edib (FOTO)

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir. Doğrusöztv.Az xəbər verir ki, “Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən […]