Azərbaycan Premyer Liqasında çıxış edən üç bölgə klubu cərimələnib

Misli Premyer Liqasında çıxış edən “Karvan-Yevlax”, “Kəpəz” və “Turan Tovuz” klubları cərimələnib. Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. 30 yanvar 2026-cı il tarixində Misli Premyer Liqasında XVIII turun “Karvan-Yevlax” – “Sumqayıt” oyununda Əsasnamənin 9-cu maddəsinin 4-cü bəndinin tələbləri pozulduğuna görə “Karvan-Yevlax” komandası 1000 manat cərimə edilsin (maddə 68); 31 […]

Bakı və İrəvan qarşılıqlı tədarük üçün malların siyahısını mübadilə edib

Ermənistan və Azərbaycan malların siyahısının mübadiləsini həyata keçirib, iş adamlarından cavab gözlənilir. Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə bildirib. Nazir xatırladıb ki, Azərbaycan istehsalı olan benzin və dizel yanacağı artıq Ermənistan bazarında mövcuddur, lakin Azərbaycan bazarında Ermənistan malları yoxdur. “Tərəflər qarşılıqlı tədarük üçün mal siyahılarını mübadilə və müzakirə ediblər. […]

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş – Foto

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi məlum olub. Odlu silahdan açılan atəş nəticəsində yaralanan 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilova Bakı Dövlət Universitetinin məzunudur. O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin […]

İlham Əliyev İranın müdafiə nazirinə: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır

Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi […]

Bakıda liseydə şagirdin güllələdiyi müəllimin son durumu açıqlanıb

Binəqədi rayonunda yerləşən “İdrak” liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır. Bu barədə “Report”un sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub. Odlu silahdan açılan […]

XİN: Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ildönümü ilə bağlı paylaşım edib. Nazirlik bu barədə sosial media hesabında paylaşım edib. “Qardaş Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş ağır zəlzələnin ildönümündə bu böyük fəlakətin yaratdığı dərin ağrını və kədəri bir daha xatırlayır, minlərlə insanın həyatına son qoymuş, genişmiqyaslı […]

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası fevralın 10-da keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın […]

Əraqçi: Diplomatik prosesə hüquqlarımızı qətiyyətlə müdafiə edərək daxil oluruq

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran diplomatik prosesə ötən ilin təcrübəsini nəzərə alaraq və öz hüquqlarını qətiyyətlə müdafiə edərək daxil olur. O, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “İran diplomatiyaya açıq gözlə və ötən ilin hadisələrini aydın şəkildə xatırlayaraq daxil olur. Biz vicdanla hərəkət […]

Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları azalaraq 69,77 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,80 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin […]